Skip to content
14 May 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • May
  • 12
  • Prezident İlham Əliyev BP şirkətinin baş icraçı direktorunu qəbul edib

Prezident İlham Əliyev BP şirkətinin baş icraçı direktorunu qəbul edib

admin 12 May 2026 3 minutes read
GBBbTVV3zA0JRFcz5nXeFsdcfr1Wq9c2SWaXWtJI_1200
PAYLAŞIN:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 12-də bp şirkətinin baş icraçı direktoru Meq O”Nili qəbul edib.

Paraqraf.com xəbər verir ki, dövlətimizin başçısı Meq O”Nili bp şirkətinin baş icraçı direktoru vəzifəsinə təyin olunması münasibəti ilə təbrik etdi, onun rəhbərliyi ilə SOCAR-bp uğurlu əməkdaşlığının gələcəkdə də davam edəcəyinə əminliyini bildirdi.

Prezident İlham Əliyev ölkəmizlə bp arasında 30 ildən artıqdır ki, nadir tərəfdaşlıq tarixçəsinin olduğunu dedi. Dövlətimizin başçısı vurğuladı ki, bu müddətdə həyata keçirilmiş bütün layihələrdən əldə edilən gəlir əsasən Azərbaycanın sosial-iqtisadi inkişafı üçün istifadə olunub.

Ölkəmizlə bp arasında icra olunan layihələrin sayının artmaqda olduğunu deyən Azərbaycan Prezidenti bunun əməkdaşlığın hər iki tərəf üçün faydalı olduğunu nümayiş etdirdiyini vurğuladı və tərəfdaşlığımızın strateji xarakter daşıdığını diqqətə çatdırdı.

Təbriklərə görə təşəkkürünü bildirən Meq O”Nil Bakıda olmaqdan şərəf hissi keçirdiyini dedi.

Bp şirkətinin baş icraçı direktoru Ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin rəhbərliyi ilə neft və qazdan əldə edilən gəlirin ölkənin inkişafına sərf olunması ilə bağlı uzaqgörən liderliklərini xüsusi vurğuladı.

Meq O”Nil bu xüsusda Bakının inkişafına, o cümlədən yollara və infrastruktura yatırılan sərmayəyə toxundu.

Dövlətimizin başçısı qeyd etdi ki, bəzi hallarda neft və qazdan əldə edilən gəlir sosial qeyri-bərabərliyə səbəb olur. Azərbaycanın timsalında isə bu, ölkənin tərəqqisinə kömək edib. Müstəqilliyimizi bərpa etdikdən bir müddət sonra “Əsrin müqaviləsi”nin imzalandığını xatırladan Prezident İlham Əliyev Birinci Qarabağ müharibəsindən sonra ölkəmizdə vəziyyətin çətin olduğunu dedi, ərazilərimizin itkisinə məruz qaldığımızı və humanitar fəlakətlə üzləşdiyimizi vurğuladı. Azərbaycan Prezidenti bildirdi ki, o zaman büdcəmiz sıfır səviyyəsində idi və bu vəziyyətdən çıxmağın yeganə yolu əsas beynəlxalq şirkətləri ölkəmizə cəlb etmək, onları investisiya yatırmağa inandırmaq idi. Prezident İlham Əliyev bu xüsusda bp-yə göstərdiyi etimada görə minnətdarlığını bildirdi.

Söhbət zamanı bp-nin ölkəmizdə icra etdiyi enerji, o cümlədən bərpaolunan enerji layihələri qeyd olundu, şirkətin işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirdiyi layihənin önəminə toxunuldu.

Görüşdə ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolu qeyd edildi, SOCAR-bp əməkdaşlığının perspektivləri müzakirə olundu.

Paraqraf.com 

Loading

Visited 18 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Əli Əsədov BP-nin nümayəndə heyəti ilə əməkdaşlığın gələcək perspektivlərini müzakirə edib
Next: Həsən Məmmədov: “İran nüvə silahından imtina edərsə, İranla ABŞ arasında diplomatik razılıqlar əldə olunacaq”

OXŞAR MÖVZULAR

cc02c582-3f5b-3583-b5d7-7a4283776893_1200

Quterreş: BMT Azərbaycanın çoxtərəfli əməkdaşlığa sadiqliyini yüksək qiymətləndirir

admin 14 May 2026
vcrMyLIl9JHkUewu0sAyUSCTZ7RD9RXvLojLEtuT_1200

Prezident İlham Əliyev paraqvaylı həmkarını təbrik edib

admin 14 May 2026
17787401892002840774_1200x630_1778743965

Azərbaycanda Qlobal Cənub QHT Platformasının ilk Baş Assambleyası keçirilir

admin 14 May 2026

XƏBƏR LENTİ

Ceki Çanın iştirakı ilə “Tanrının yaraqları 4” filminin bir hissəsi Azərbaycanda çəkiləcək C6C5Ht9NgLFUumXWOi9QXMEnLtU2DQ5LmYJGlOZ4_1200

Ceki Çanın iştirakı ilə “Tanrının yaraqları 4” filminin bir hissəsi Azərbaycanda çəkiləcək

14 May 2026
Naxçıvan Dövlət Kukla Teatrı Ərzurum teatrları ilə əməkdaşlıq edəcək nOkO9rweyu5knjaTj9YNJCniwy0gXax2xdrylVoh_1200

Naxçıvan Dövlət Kukla Teatrı Ərzurum teatrları ilə əməkdaşlıq edəcək

14 May 2026
Azərbaycan nefti cüzi ucuzlaşıb 5WPcsI7uwZl4MCs22IxpBRgxQbSzwMP0GeTfmRrq_1200

Azərbaycan nefti cüzi ucuzlaşıb

14 May 2026
Azərbaycanda 3 elektron pul təşkilatının lisenziyaları ləğv edilib 0lcwkxIy4MOdOGzel8I9nBAvHxEQEFD3m0jULCPi_1200

Azərbaycanda 3 elektron pul təşkilatının lisenziyaları ləğv edilib

14 May 2026
WUF13-ün ilk günündə nazirlər görüşəcək, Sədrin Xülasəsi sənədi qəbul olunacaq TYOCfKsr0Xf3vkMCSjVVj80gh9SxF0OX93xAF9lu_1200

WUF13-ün ilk günündə nazirlər görüşəcək, Sədrin Xülasəsi sənədi qəbul olunacaq

14 May 2026
Quterreş: BMT Azərbaycanın çoxtərəfli əməkdaşlığa sadiqliyini yüksək qiymətləndirir cc02c582-3f5b-3583-b5d7-7a4283776893_1200

Quterreş: BMT Azərbaycanın çoxtərəfli əməkdaşlığa sadiqliyini yüksək qiymətləndirir

14 May 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.