Bu ilin yanvar-aprel aylarında Azərbaycan Türkiyədən 64,937 milyon ABŞ dolları dəyərində maşın hissələri və komponentləri idxal edib.
Paraqraf.com Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,8 % azdır.
Təkcə apreldə isə Türkiyə Azərbaycana 18,,767 milyon ABŞ dolları dəyərində maşın hissələri və komponentləri ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 11,2 % azdır.
4 ayda Türkiyənin maşın hissələri və komponentləri ixracının ümumi dəyəri illik müqayisədə 7,1 % artaraq 3 milyard 604,923 milyon ABŞ dollarına, apreldə isə 20,3 % artaraq 1 026,316 milyon ABŞ dollarına çatıb.
Türkiyədən ən çox idxalı Almaniya 390 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 19,3 % çox), ABŞ 256 milyon ABŞ dolları (24,2 % çox) və Rusiya 176 milyon ABŞ dolları (28 % az) dəyərində həyata keçirib.
Paraqraf.com
![]()
