Azərbaycanın iki cüdoçusu Qazaxıstanın paytaxtı Astanada keçirilən “Böyük Dəbilqə” turnirində bu gün mübarizəyə qoşulacaq.
Paraqraf.com-un məlumatına görə, 1/8 finalda Rəşid Məmmədəliyev (73 kq) Yersultan Duysenxan (Qazaxıstan) / Arun Kumar (Hindistan) cütünün qalibi ilə üz-üzə gələcək.
70 kq çəki dərəcəsində yarışan Südabə Ağayeva isə sözügedən mərhələdə almaniyalı Miriam Butkereytlə münasibətlərə aydınlıq gətirəcək.
Xatırladaq ki, “Böyük Dəbilqə” turniri mayın 10-da başa çatacaq.
Paraqraf.com
![]()
Visited 2 times, 2 visit(s) today
