Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/İran ABŞ-ni dəniz blokadasına hərbi cavabla hədələyib
DÜNYA

İran ABŞ-ni dəniz blokadasına hərbi cavabla hədələyib

09 May 2026 1 Min Read
PAYLAŞIN:

İran Silahlı Qüvvələri ABŞ-nin İslam Respublikasını dəniz blokadası ilə bağlı istənilən hərəkətinə hərbi cavab verəcək.

Paraqraf.com-un “Fars” agentliyinı istinadən məlumatına görə, bu barədə İran parlamentinin deputatı Əli Xəzərian bildirib.

“Bundan sonra ABŞ-nin dəniz blokadası hərəkətlərinə İran tərəfindən hərbi cavab veriləcək”, – o deyib.

Ə.Xəzərian həmçinin Vaşinqtonun esminesləri və xilasetmə heyətlərini batacaqları təqdirdə qorumaq üçün əlavə müşayiət gəmiləri göndərməsini tövsiyə edib.

Xatırladaq ki, 2026-cı il fevralın 28-də ABŞ və İsrail bir sıra şəhərlərə aviazərbələr endirərək İrana qarşı hərbi əməliyyata başlayıblar. Buna cavab olaraq İran İsrail ərazisinə raket zərbələri endirib və ABŞ-nin Fars körfəzi ölkələrindəki hərbi bazalarına hücum edib.

Aprelin 8-nə keçən gecə İran, ABŞ və onların müttəfiqləri iki həftəlik atəşkəs barədə razılığa gəliblər. Aprelin 11–12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar keçirilib. Uzun çəkən müzakirələrdən sonra tərəflər görüşü razılaşma əldə etmədən başa vurublar. ABŞ Prezidenti Donald Tramp aprelin 22-də atəşkəs rejiminin müddətsiz xarakter daşıdığını elan edib.

Lakin saziş bağlamaq üçün Tehrana təzyiq vasitəsi kimi ABŞ İran limanlarının və Hörmüz boğazından keçidin blokadaya alındığını elan edib. İran, Hörmüzün Fars körfəzi ölkələrinə gedən gəmilər üçün artıq bağlandığını bildirib. Regiondakı vəziyyət isə dünya enerji böhranına səbəb olub.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Rəşid Məmmədəliyev və Südabə Ağayeva “Böyük Dəbilqə” turnirində mübarizəyə başlayır

Next

Niderland “MV Hondius” gəmisinin sərnişinlərinə karantin rejimi tətbiq edəcək

Copyright 2026— Praqraf.com. All rights reserved