Hunan əyalətində (Mərkəzi Çin) fişəng istehsalı zavodunda partlayış nəticəsində ölənlərin sayı 37-yə çatıb.
Paraqraf.com xəbər verir ki, bu barədə Xinhua agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Bundan başqa, bir nəfər itkin düşmüş hesab olunur, 51 nəfər yaralanıb. Hadisə yerində axtarış-xilasetmə işləri əsasən başa çatıb.
Partlayış bazar ertəsi fişəng istehsalı ilə məşğul olan “Huasheng” müəssisəsinin sexində baş verib.
Paraqraf.com
![]()
Visited 1 times, 1 visit(s) today
