Skip to content
08 May 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • May
  • 8
  • BMT-nin Beynəlxalq Miqrasiya Forumunda 42 ölkə adından çıxış etmək hüququ Azərbaycana verilib

BMT-nin Beynəlxalq Miqrasiya Forumunda 42 ölkə adından çıxış etmək hüququ Azərbaycana verilib

admin 08 May 2026 3 minutes read
WL2SZcGHch7d8hJSqjM0Xus3tzCleMfNHveWZRNC_1200
PAYLAŞIN:

Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-Yorkdakı Baş Qərargahında keçirilən ikinci Beynəlxalq Miqrasiya İcmalı Forumunda (Forum) 42 ölkəni birləşdirən “Çempion ölkələr” təşəbbüsü adından birgə bəyanatla çıxış etmək hüququ Azərbaycana həvalə edilib.

Bu barədə Paraqraf.com-a Dövlət Miqrasiya Xidmətindən (DMX) məlumat verilib.

Bildirilib ki, BMT-yə üzv dövlətlərin miqrasiya məsələlərinə məsul yüksək vəzifəli nümayəndələrinin iştirakı ilə keçirilən iclasda bəyanatlar dinlənilib.

Sessiya zamanı “Çempion ölkələr” təşəbbüsünə daxil olan dövlətlər adından bəyanatla çıxış edən DMX sədri Vüsal Hüseynov miqrasiya sahəsində qlobal çağırışların həlli üçün dövlətlər arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb. O, həmçinin Miqrasiya üzrə Qlobal Paktın təşviqi və bu istiqamətdə görülməsi zəruri olan məsələləri diqqətə çatdırıb.

Daha sonra V.Hüseynov sessiyada milli bəyanat səsləndirib, 2022-ci ildə keçirilmiş ilk Forumdan ötən dövr ərzində Azərbaycanın miqrasiya sahəsində müxtəlif səviyyələrdə həyata keçirdiyi fəaliyyətlər, eləcə də sahə üzrə prioritet məsələlər barədə çıxış edib. DMX sədri çıxışında, həmçinin Miqrasiya üzrə Qlobal Paktın icrası ilə bağlı Azərbaycanın milli, regional və beynəlxalq müstəvidə verdiyi töhfələri diqqətə çatdırıb.

Plenar iclasın sonunda BMT-nin üzv dövlətləri tərəfindən Tərəqqi Bəyannaməsinin qəbulu nəzərdə tutulub.

Bununla yanaşı, DMX rəisi Beynəlxalq Miqrasiya Təşkilatının baş direktorunun müavini Uqoçi Daniyels ilə görüşüb. Görüş zamanı təşkilat ilə Azərbaycan arasında mövcud olan qarşılıqlı faydalı əməkdaşlıqdan məmnunluq ifadə olunub. V.Hüseynov Azərbaycanın 2026-cı il üçün “Çempion ölkələr” təşəbbüsünə həmsədrliyi çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə məlumat verib. Görüşdə, həmçinin Azərbaycanda təşkil ediləcək Ümumdünya Şəhərsalma Forumu çərçivəsində nəzərdə tutulan birgə fəaliyyətlər barədə fikir mübadiləsi aparılıb.

 

Paraqraf.com 

Loading

Visited 3 times, 3 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Azərbaycan-Tacikistan münasibətlərinin cari vəziyyəti müzakirə olunub
Next: İsrailin Azərbaycandakı səfiri Milli Qəhrəman Albert Aqarunovun məzarını ziyarət edib

OXŞAR MÖVZULAR

A8e9bV5RBhyE4GBK4lxZkQYn5JofUNOF11XQceo2_1200

Bakıda Azərbaycan və Türkiyə radioelektron mübarizə bölmələrinin birgə təlimi keçirilib

admin 08 May 2026
mebaxKqUqkoKr3CFkG6xH2vRS1XZ0AARoQsim2zm_1200

Ərdoğan “SAHA 2026” sərgisini ziyarət edib

admin 08 May 2026
F6AyF5ONeM5hplqj9397jM663XV9SexKyHuBQyKo_1200

XİN: Rusiyanın dövlət kanalında Azərbaycan xəritəsinin təhrif olunması qəbuledilməzdir

admin 08 May 2026

XƏBƏR LENTİ

Buraxılış imtahanında 8 nəfər maksimum bal yığıb, 3 nəfər xaric olunub kxdVRoFhYJcuIHUghKb9VHrehSP92ltxhTnKHp0h_1200

Buraxılış imtahanında 8 nəfər maksimum bal yığıb, 3 nəfər xaric olunub

08 May 2026
SOCAR Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir keçirib 1CBCDVsptXtzfRgB1JbRi7l4YX4kZj0zifMQDyFN_1200

SOCAR Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir keçirib

08 May 2026
Bakıda Azərbaycan və Türkiyə radioelektron mübarizə bölmələrinin birgə təlimi keçirilib A8e9bV5RBhyE4GBK4lxZkQYn5JofUNOF11XQceo2_1200

Bakıda Azərbaycan və Türkiyə radioelektron mübarizə bölmələrinin birgə təlimi keçirilib

08 May 2026
Dövlət Komitəsində Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edilib WxtCvfrbQbeTtyLyuACwZpyiC9d3j7MnL9YSdv9n_1200

Dövlət Komitəsində Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edilib

08 May 2026
Azərbaycanda terror fəaliyyəti ilə bağlı yeni cəzalar təsdiqlənib LKMq7SBxUkOfsgp1glCjJivIOgLo8Cl33hKPLqKn_1200

Azərbaycanda terror fəaliyyəti ilə bağlı yeni cəzalar təsdiqlənib

08 May 2026
Ərdoğan “SAHA 2026” sərgisini ziyarət edib mebaxKqUqkoKr3CFkG6xH2vRS1XZ0AARoQsim2zm_1200

Ərdoğan “SAHA 2026” sərgisini ziyarət edib

08 May 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.