Azərbaycanda talassemiya diaqnozu qoyulan 3209 nəfər rəsmi qeydiyyatdadır.
Bu barədə Paraqraf.com-a Səhiyyə Nazirliyinin Milli Hematologiya və Transfuziologiya Mərkəzindən məlumat verilib.
Bildirilib ki, onlardan 1654 nəfəri kişi, 1555-i isə qadınlardır.
Mərkəzdən bildirilib ki, Talassemiya daşıyıcılarının dispanser qeydiyyatı aparılmır, çünki daşıyıcılar sağlam şəxslər hesab olunur:
“2015-ci ildən etibarən yeni ailə quran şəxslərin talassemiya daşıyıcılığına görə müayinəsi həyata keçirilir və aparılan müayinələrin nəticələrinə əsasən ölkə üzrə daşıyıcılıq göstəricisi təxminən 4 % təşkil edir”.
Həmçinin qeyd olunub ki, hazırda təxminən 300 nəfər talassemiyalı pasiyent sümük iliyi transplantasiyası üçün gözləmə siyahısındadır:
“Cari ildə Milli Hematologiya və Transfuziologiya Mərkəzində 14 nəfərə sümük iliyi transplantasiyası icra olunub. Onlardan 6 nəfəri talassemiya diaqnozu olan pasiyentlərdir”.
Xatırladaq ki, 8 May – Beynəlxalq Talassemiya Günü kimi qeyd olunur.
Paraqraf.com
![]()
