Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/İDMAN/“CBC Sport” “Bavariya” – PSJ matçının yayımlanmamasını texniki səbəblərlə izah edib
İDMAN

“CBC Sport” “Bavariya” – PSJ matçının yayımlanmamasını texniki səbəblərlə izah edib

07 May 2026 1 Min Read
PAYLAŞIN:

“CBC Sport” telekanalı UEFA Çempionlar Liqasının yarımfinal mərhələsində keçirilmiş “Bavariya” (Almaniya) – “PSJ” (Fransa) matçının yayımlanmamasını texniki səbəblərlə izah edib.

Paraqraf.com xəbər verir ki, bu barədə telekanalın sosial şəbəkə hesabında bildirilib.

“CBC Sport” sözügedən qarşılaşmanın yayımının texniki səbəblərdən mümkün olmadığını vurğulayıb:

“Gün ərzində yayım prosesi ilə bağlı aparılan ənənəvi testlər zamanı hər hansı problem aşkarlanmasa da, matçın başlamasına təxminən 5 dəqiqə qalmış gözlənilməz texniki nasazlıq yaranıb. Problem qeydə alınan andan etibarən onun aradan qaldırılması üçün bütün zəruri tədbirlər görülüb. Məqsədimiz nasazlıq aradan qalxan kimi, oyunun hansı dəqiqəsinin getməsindən asılı olmayaraq, dərhal efirə qoşulmaq idi. Lakin texniki heyətin görüş boyu davam edən səylərinə baxmayaraq, yayımı bərpa etmək mümkün olmayıb. Baş verən bu xoşagəlməz hadisəyə görə məsuliyyətimizi tam dərk edir, oyunu sizə təqdim edə bilmədiyimiz üçün bütün futbolsevərlərdən üzr istəyirik.

Əziz idmansevərlər, anlayışınıza ümid edir və belə halların bir daha təkrarlanmaması üçün bütün lazımi addımların atılacağını bildiririk”.

Qeyd edək ki, “Bavariya” – “PSJ” matçı 1:1 hesabı ilə yekunlaşıb. İlk görüşdə rəqibini üstələyən (5:4) Paris təmsilçisi UEFA Çempionlar Liqasının finalına yüksəlib. PSJ mayın 30-da Budapeştdə keçiriləcək həlledici görüşdə “Arsenal” (İngiltərə) ilə qarşılaşacaq.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Azərbaycan və Türkiyə zirehli texnikaların modernizasiyası üzrə əməkdaşlığa başlayır

Next

“İranın BƏƏ-yə yeni hücumu bölgədə gərginliyi artıra bilər” – Politoloqdan ŞƏRH

Copyright 2026— Praqraf.com. All rights reserved