Skip to content
06 May 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • May
  • 6
  • Tramp Çinə səfərindən əvvəl İranla razılaşmanın bağlanmasını mümkün sayıb

Tramp Çinə səfərindən əvvəl İranla razılaşmanın bağlanmasını mümkün sayıb

admin 06 May 2026 3 minutes read
EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200
PAYLAŞIN:

ABŞ Prezidenti Donald Tramp İranla mümkün razılaşmanın əldə olunmasına dair nikbinliyini ifadə edərək, razılaşmanın onun növbəti həftə Çinə edəcəyi səfərə qədər əldə oluna biləcəyini bildirib.

Paraqraf.com xəbər verir ki, bu barədə o “PBS News”a müsahibəsində bildirib.

O, razılaşmanın əldə olunması ehtimalının yüksək olduğunu qeyd edib, lakin bunun dəqiq olmadığını vurğulayıb.

Prezidentin sözlərinə görə, mümkün razılaşma çərçivəsində İran öz yüksək zənginləşdirilmiş uranını ABŞ-yə ixrac etməli və yeraltı nüvə obyektlərindən aktiv fəaliyyət üçün istifadə etməmək öhdəliyini götürməlidir.

Tramp həmçinin qeyd edib ki, razılaşma onun mayın ortalarına planlaşdırılan Çin səfərindən əvvəl bağlana bilər, lakin bu ssenarini “arzuolunan, amma mütləq olmayan” adlandırıb.

ABŞ lideri xüsusi elçilər Stiv Uitkoff və Cared Kuşnerin danışıqlara göndərilməsinin ehtimalının az olduğunu bildirib və əlavə edib ki, razılaşma birbaşa əldə edilə, ehtiyac yaranarsa isə yekun görüşdə imzalana bilər.

Eyni zamanda o, razılaşma pozularsa, İrana qarşı zərbələrin bərpa olunmasını da istisna etməyib.

CNN-in məlumatına görə, Vaşinqton və Tehran İranda uranın zənginləşdirilməsinə 10 ildən artıq müddətə moratorium qoyulması, eləcə də artıq mövcud olan material ehtiyatlarının ölkədən çıxarılması imkanını müzakirə edirlər. Bildirilir ki, nəzərdən keçirilən bir səhifəlik plan hərbi əməliyyatların başa çatdığının elan edilməsini və İranın nüvə proqramı, aktivlərin sərbəst buraxılması və Hörmüz boğazında təhlükəsizlik də daxil olmaqla, əsas məsələlər üzrə 30 günlük danışıqlar dövrünün başladılmasını əhatə edir.

Eyni zamanda, İsrail Müdafiə Ordusunun Baş Qərargah rəisi Eyal Zamir bildirib ki, İsrail hərbçiləri İrana qarşı genişmiqyaslı əməliyyata yüksək hazırlıq vəziyyətindədirlər və ölkə üzrə əvvəlcədən hazırlanmış hədəflər siyahısı əldə ediblər.

 

Paraqraf.com 

Loading

Visited 3 times, 3 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: İsrail hərbçiləri 2 mindən çox “Hizbullah” yaraqlısını öldürüb
Next: İsrail-Livan danışıqlarının üçüncü raundu növbəti həftə keçiriləcək

OXŞAR MÖVZULAR

gsQHQvkZS4oGsJCb0VigTsI9yS4NVciUG6XGXelX_1200

Qazaxıstan yanacağın ölkədən çıxarılmasına qadağanın müddətini uzadıb

admin 06 May 2026
1YP7qO0qEQpXY20NN3GILoHT8S6kUEHkmU2ZiyV7_1200

Axios”: İran və ABŞ Hörmüz boğazındakı məhdudiyyətləri aradan qaldıra bilər

admin 06 May 2026
75508c26-4eee-3bf4-83f2-43b4a44d86ba_1200

Norveç PURL mexanizmi vasitəsilə Ukraynaya 300 milyon dollardan çox vəsait ayıracaq

admin 06 May 2026

XƏBƏR LENTİ

Sabah 23 dərəcə isti gözlənilir 6CuRo0nlgKfWD4EQ4TGBSgQ5WgubBBH0McHA1GGw_1200

Sabah 23 dərəcə isti gözlənilir

06 May 2026
Sumqayıt Dövlət Universitetinin yeni rektoru kollektivə təqdim olunub 48nzAh8PZgSPaZbOvZvpys12eFmh5BuSh7qTwYoJ_1200

Sumqayıt Dövlət Universitetinin yeni rektoru kollektivə təqdim olunub

06 May 2026
Novxanıda bıçaqlanaraq öldürülən gəncin kimliyi məlum olub fb4c6f11-a996-3a69-8732-7ab5350e9e43_1200

Novxanıda bıçaqlanaraq öldürülən gəncin kimliyi məlum olub

06 May 2026
Azərbaycan və Türkiyə ekoloji əməkdaşlığın perspektivlərini müzakirə edib 4XVNz2TSKDeCvwREdmzGjZU7ZprVK6GLqEY21wef_1200

Azərbaycan və Türkiyə ekoloji əməkdaşlığın perspektivlərini müzakirə edib

06 May 2026
Gürcüstan sərhədində Ermənistandan gətirilən 11 milyon dollardan artıq narkotik aşkarlanıb YIX2L3k6yfmFc8r9R7DcBM2HuiVslJhyOFcLPnoK_1200

Gürcüstan sərhədində Ermənistandan gətirilən 11 milyon dollardan artıq narkotik aşkarlanıb

06 May 2026
Qalib Qasımov: “Sistemli islahatlar olmadan davamlı inkişaf mümkün deyil” IMG-20260506-WA0012

Qalib Qasımov: “Sistemli islahatlar olmadan davamlı inkişaf mümkün deyil”

06 May 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.