İran və ABŞ Yaxın Şərqdə münaqişənin dayandırılması çərçivəsində qarşılıqlı güzəştləri razılaşdırıblar.
Paraqraf.com xəbər verir ki, bu barədə “Al-Jazeera” “Axios”a istinadən məlumat yayıb.
Agentliyin istinad etdiyi ABŞ mənbələrinin məlumatına görə, İran münaqişənin dayandırılmasına dair ABŞ ilə razılaşma çərçivəsində uranın zənginləşdirilməsinə moratorium tətbiq etməli olacaq. Buna cavab olaraq ABŞ sanksiyaları ləğv etməyə və İranın dondurulmuş fondlarındakı milyardlarla dolları sərbəst buraxmağa razılaşacaq. Yekunda hər iki tərəf Hörmüz boğazından tranzitə qoyulan məhdudiyyətləri aradan qaldıracaq.
“Axios” xəbər verir ki, ABŞ yaxın 48 saat ərzində İrandan cavab gözləyir.
Tərəflərdən heç biri hələlik bu məlumatları rəsmi səviyyədə şərh etməyib.
Paraqraf.com
![]()
