Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/HADİSƏ/Sabirabadda kolların qanunsuz götürülməsi səbəbindən 1 mln. 240 min manatlıq ziyan hesablanıb
HADİSƏ

Sabirabadda kolların qanunsuz götürülməsi səbəbindən 1 mln. 240 min manatlıq ziyan hesablanıb

04 May 2026 1 Min Read
PAYLAŞIN:

2024-2025-ci ildə Sabirabadda kolların qanunsuz götürülməsi səbəbindən 1 milyon 240 min manatlıq ziyan hesablanıb.

Paraqraf.com xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bugünkü iclasında “Yaşıllıqların mühafizəsi haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deyib.

O qeyd edib ki, rayonda kənd təsərrüfatı təyinatlı 6 müəssisə tərəfindən 6 ərazidə 15 min 554 yulğun-saksaul kolu götürülüb. Nəticədə 1 milyon 240 min manatlıq ziyan hesablanıb və o dövrün mövcud qanunvericiliyi əsas götürülərək cinayət tərkibi yaranması səbəbindən Baş Prokurorluğa təqdim edilib:

“Bu kimi hallar digər regionlarda da aşkarlanıb. Yaşıllıqların götürülməsi ətraf mühitə mənfi təsir göstərə bilər. Amma digər tərəfdən, ərzaq təhlükəsizliyi, kənd təsərrüfatının inkişafı da vacibdir”.

Xidmət rəisi əlavə edib ki, bu qanun layihəsinin qəbulu, kənd təsərrüfatına mane olan kolların, yaşıllıqların götürülməsinə dair məlumatlandırmanın tətbiqi dövlətin qarşısında duran vacib vəzifələrin icrasına töhfə verəcək.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Bir qrup xalçaçı “Tərəqqi” medalı ilə təltif edilib – SƏRƏNCAM

Next

“Space”in yeni baş direktoru kimdir?

Copyright 2026— Praqraf.com. All rights reserved