Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/Saatla maaş dövrü başlayır: əmək bazarında yeni qaydalar
MANŞETÖZƏL

Saatla maaş dövrü başlayır: əmək bazarında yeni qaydalar

04 May 2026 2 Min Read
PAYLAŞIN:

Azərbaycanda hazırda bərabər dəyərli əməyə görə bərabər əməkhaqqının təmin olunması, saatlıq əməkhaqqı modelinin tətbiqi və uşaq hüquqlarının qorunması istiqamətində yeni islahatlar üzərində iş aparılır.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Bakıda keçirilən “Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır” adlı tədbirdə bildirib. Onun sözlərinə görə, son illər əmək bazarında əhəmiyyətli artım müşahidə olunub:

“Əmək müqavilələrinin sayı 44 faiz artaraq 1,9 milyona çatıb. O cümlədən, özəl sektorda bu göstərici 2,1 dəfə artaraq 1 milyonu keçib. Minimum əməkhaqqı 3 dəfə artaraq 345 manata, orta aylıq əməkhaqqı isə 2 dəfə artaraq 1 099 manata yüksəlib.

Ümumilikdə əməkhaqqı fondu ölkə üzrə 3,3 dəfə artıb. Pensiya və sosial ödənişlərdə də ciddi artım qeydə alınıb. Minimum pensiya 2,9 dəfə artaraq 320 manata, orta aylıq pensiya isə 594 manata çatıb.

Müavinət və təqaüdlərin ümumi məbləği isə 5 dəfə artıb. Bu artımlar əhalinin sosial müdafiəsinin gücləndirilməsinə yönəlib”.

Biznes konsultant İlkin Mirzəzadə “Paraqraf.com”a açıqlamasında bildirib ki, saatlıq əməkhaqqına keçid Azərbaycanın əmək bazarında işçi–işəgötürən münasibətlərinin strukturuna ciddi təsir göstərə bilər:

“Bu model ənənəvi maaş yanaşmasından fərqli olaraq, ödənişi işçinin sərf etdiyi real iş vaxtına bağlayır. Nəticədə daha çox nəticəyönümlü əmək münasibətləri formalaşır. İşəgötürənlər üçün əsas üstünlük xərclərin optimallaşdırılması və məhsuldarlığın daha dəqiq ölçülməsidir. Şirkətlər iş yükünü düzgün planlaşdıra, əmək resurslarından daha səmərəli istifadə edə bilir.

Eyni zamanda, qeyri-effektiv iş saatlarının azalmasına səbəb olur. İşçilər üçün isə bu model şəffaflıq baxımından müsbət hesab olunur. Bununla belə, müəyyən risklər də mövcuddur. Saatlıq sistemdə gəlirin sabit olmaması ehtimalı var ki, bu da modelin mənfi tərəflərindən biridir. Ümumilikdə isə bu yanaşma əmək bazarının dinamikasını dəyişə bilər. Bunun üçün hüquqi bazanın düzgün formalaşdırılması vacibdir”.

Kəmalə Vəliyeva
Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Ekspert: “Azərbaycanda istehlak olunan məhsulların 70 faizi idxal mənşəlidir”

Next

Ermənistan Xorvatiya ilə strateji dialoq haqqında sənəd imzalayıb

Copyright 2026— Praqraf.com. All rights reserved