ABŞ Prezidenti Donald Tramp Almaniya ərazisində dislokasiya olunmuş Amerika hərbi kontengentinin sayının əhəmiyyətli dərəcədə azaldılması planları barədə danışıb.
Paraqraf.com xəbər verir ki, Amerika lideri hərbçilərin çıxarılmasını Florida ştatının Vest Palm-Biç şəhərində jurnalistlərlə söhbətində şərh edib.
“Biz əhəmiyyətli dərəcədə azaltmağa hazırlaşırıq. 5 min hərbçidən daha çoxunu ixtisar edirik”, – Tramp deyib.
Daha əvvəl Pentaqondan bildirilmişdi ki, ABŞ növbəti 6-12 ay ərzində Almaniyadan 5 min Amerika hərbi qulluqçusunu çıxaracaq.
Bununla belə, Almaniyada əvvəlki kimi 30 mindən çox əsgər qalacaq – yerləşdirilmiş Amerika hərbçilərinin sayına görə bu ölkə dünyada yalnız təxminən 50-55 min hərbi qulluqçunun dislokasiya olunduğu Yaponiyadan geri qalaraq ikinci yeri tutur.
Paraqraf.com
![]()
