Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/İDMAN/“İnter Mayami” ev oyununda 3:0 hesabı ilə öndə olmasına baxmayaraq, qalibiyyəti əldən verib
İDMAN

“İnter Mayami” ev oyununda 3:0 hesabı ilə öndə olmasına baxmayaraq, qalibiyyəti əldən verib

03 May 2026 1 Min Read
PAYLAŞIN:

“İnter Mayami” ABŞ-nin MLS Liqasının müntəzəm çempionatının ev oyununda “Orlando”ya 4:3 hesabı ilə məğlub olub.

Paraqraf.com xəbər verir ki, ilk hissənin gedişində “İnter” üç qol vursa da, qonaqlar buraxılan qolların əvəzini çıxmağı və ikinci hissəyə əlavə olunmuş vaxtda qələbə əldə etməyi bacarıblar.

Görüşün 4-cü dəqiqəsində meydan sahiblərinin yamaykalı müdafiəçisi Yen Fray venesuelalı yarımmüdafiəçi Telasko Seqoviyanın ötürməsini tamamlayaraq qonaqların qapısından ilk topu keçirib. 25-ci dəqiqədə isə Seqoviyanın özü topu rəqib qapısının toruna göndərib. Ona qol ötürməsini “İNter Mayami”nin ulduz hücumçusu Lionel Messi verib. Səkkiz dəqiqə sonra argentinalı özü uruqvaylı hücumçu Luis Suaresin ötürməsini reallaşdıraraq meydan sahiblərinin üstünlüyünü darmadağın həddinə çatdırıb. Qonaq komanda hesab 0:3 olduqdan sonra oyunun gedişatını dəyişdirməyi bacarıb. 78-ci dəqiqəyə qədər “şirlər”in argentinalı hücumçusu Martin Oxeda het-trik rəsmiləşdirib, 90+3-cü dəqiqədə isə Trinidad və Tobaqo yığmasının yarımmüdafiəçisi Tayriz Spayser qələbə nöqtəsini qoyub.

“İnter Mayami” MLS-də doqquz oyundan ibarət olan məğlubiyyətsizlik seriyasını itirib. “Orlando” isə bütün çempionat ərzində yalnız üçüncü qələbəsini qazanıb. “İnter Mayami” 10 turun yekununa görə 19 xal toplayaraq Şərq Konfransında ikinci yerdə qərarlaşıb. Orlando klubu Şərqdə 14-cü mövqedədir (10 xal).

Növbəti oyunda “İnter Mayami” “Toronto”nun qonağı olacaq, “Orlando Siti” isə “Kleb de Fut Monreal”la səfər görüşü keçirəcək. Hər iki oyun mayın 9-na planlaşdırılıb.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Antonelli “Formula 1” Mayami Qran-prisinin təsnifat mərhələsinin qalibi olub

Next

Azərbaycan Premyer Liqasında bu gün daha iki oyun keçiriləcək

Copyright 2026— Praqraf.com. All rights reserved