Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Ərdoğan: Türkmanlar Türkiyə ilə İraq arasında əlaqələrin əhəmiyyətli ünsürüdür
DÜNYA

Ərdoğan: Türkmanlar Türkiyə ilə İraq arasında əlaqələrin əhəmiyyətli ünsürüdür

03 May 2026 1 Min Read
PAYLAŞIN:

Türkmanlar Türkiyə ilə İraq arasında qardaşlıq əlaqələrinin əhəmiyyətli ünsürüdür.

Paraqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraqda baş nazirliyə namizədliyi irəli sürülmüş Məhəmməd Əli Zeydi ilə telefon danışığında deyib.

Telefon danışığının detalları Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi tərəfindən “X” sosial media hesabında paylaşılıb.

Bildirilib ki, Ərdoğan qarşı tərəfə İraqda balanslı və sabit hökumətin qurulacağına ümid etdiyini bildirib.

Türkiyə Prezidenti ölkəsinin İraqla əməkdaşlığa strateji və institusional əsasda ciddi önəm verdiyini, yeni dövrdə bunu daha da inkişaf etdirməyi hədəflədiyini Əli Zeydinin diqqətinə çatdırıb.

Ərdoğan həmçinin Türkiyənin terrorla mübarizə, müdafiə sənayesi, enerji və nəqliyyat kimi bir çox sahələrdə İraqla əməkdaşlığı gücləndirməkdə istəkli olduğunu bildirib.

Qeyd edək ki, İraqda baş nazirliyə Məhəmməd Əli Zeydinin namizədliyi irəli sürülüb. Ölkə prezidenti Nizar Amidinin yeni hökumət qurmaq vəzifəsini ona həvalə etməsi gözlənilir.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Türkiyə Yunanıstanı beynəlxalq sularda öhdəliyini yerinə yetirməməkdə günahlandırıb

Next

Ukrayna ordusu Rusiyanın kölgə donanmasının iki tankerinə zərbə endirib

Copyright 2026— Praqraf.com. All rights reserved