Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MƏDƏNİYYƏT/Azərbaycan Rabatda Beynəlxalq Nəşriyyat və Kitab Sərgisində iştirak edir
MƏDƏNİYYƏT

Azərbaycan Rabatda Beynəlxalq Nəşriyyat və Kitab Sərgisində iştirak edir

02 May 2026 1 Min Read
PAYLAŞIN:

Azərbaycan Rabatda (Mərakeş Krallığı) keçirilən 31-ci Beynəlxalq Nəşriyyat və Kitab Sərgisində (SIEL 2026) iştirak edir.

Paraqraf.com xəbər verr ki, Azərbaycan pavilyonu Mədəniyyət Nazirliyi və Azərbaycanın Mərakeşdəki səfirliyinin birgə təşkilatçılığı ilə qurulub.

Pavilyonda ölkənin zəngin mədəni və ədəbi irsi təqdim edilir. Buraya klassik və müasir ədəbiyyat nümunələri, tarix, mədəniyyət, memarlıq və milli adət-ənənələrə dair kitablar, habelə çoxdilli nəşrlər daxildir.

Azərbaycan pavilyonu sərginin sonunadək (10 may) açıq olacaq, bütün kitabsevərlər, peşəkarlar və maraqlı şəxslər ziyarətə dəvət edilir.

Qeyd edək ki, sərgi 30 aprel-10 may aralığında “OLM Souissi” kompleksində davam edəcək və bu tarix Rabatın 2026-cı il üçün UNESCO-nun Dünya Kitab Paytaxtı elan olunması ilə üst-üstə düşür. SIEL 2026 60-dan artıq ölkədən 890-a yaxın iştirakçı ilə rekord göstəricilərə malikdir və konfranslar, diskussiyalar, həmçinin mədəni proqramlarla zəngindir.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

İçərişəhərdə Beynəlxalq Xalça Festivalının açılış mərasimi keçirilib

Next

Heydər Əliyev Mərkəzində “İz” sənədli filminin nümayişi olub

Copyright 2026— Praqraf.com. All rights reserved