Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən avarçəkmə və kanoe üzrə “Prezident Kuboku 2026” beynəlxalq reqatasında bu gün növbəti yarışlar baş tutacaq.
Paraqraf.com xəbər verir ki, yarışın dördüncü günündə Mingəçevirdə “Kür” Olimpiya Tədris-İdman Mərkəzində növbəti mükafatçılar bəlli olacaq.
Yarış aprelin 27-də ilk dəfə Sərsəng su anbarında start götürüb.
Ötən gün Azərbaycan təmsilçilərindən Əlimurad Hacızadə 2008-2009 təvəllüdlü idmançılar arasında birnəfərlik kayakda 200 metr məsafəyə yarışda gümüş medal qazanıb.
Qeyd edək ki, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən turnirdə Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Almaniya, Yunanıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən artıq idmançı iştirak edir. Reqata mayın 1-də başa çatacaq.
Paraqraf.com
![]()
