Skip to content
01 May 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Aprel
  • 30
  • Ekspert: “Qeyri-neft sektoruna investisiyalar artırılarsa, iqtisadi dayanıqlıq güclənər”

Ekspert: “Qeyri-neft sektoruna investisiyalar artırılarsa, iqtisadi dayanıqlıq güclənər”

admin 30 Aprel 2026 3 minutes read
05364b35-9cf5-48c7-9da1-a4b9a5fbfd8d
PAYLAŞIN:

Müasir dövrdə qlobal iqtisadi dəyişikliklər və regionda baş verən proseslər ölkələrin iqtisadi siyasətlərini davamlı şəkildə yeniləməyi zəruri edir. Azərbaycan üçün də bu proses istisna deyil. Xüsusilə enerji resurslarından asılılığın azaldılması, qeyri-neft sektorunun inkişafı və rəqabətqabiliyyətli iqtisadi mühitin formalaşdırılması iqtisadi islahatların əsas istiqamətləri kimi çıxış edir. Bu baxımdan, struktur dəyişiklikləri, şəffaf idarəetmə və innovasiyaların təşviqi ölkənin uzunmüddətli iqtisadi sabitliyi üçün mühüm əhəmiyyət daşıyır.

İqtisadçı-ekspert Razi Abbasbəyli “Paraqraf.com”a bildirib ki, iqtisadi dayanıqlığın artırılması üçün ölkədə qeyri-neft sektoruna qoyulan investisiyalar artırılmalıdır:

“Xüsusilə aqrar sektorda yeni strategiya hazırlanmalıdır. Torpaqların təyinatı üzrə əkilib-becərilməsi, ərzaq məhsullarının tədarük proqramlarının genişləndirilməsi və subsidiyaların artırılması vacibdir. Digər tərəfdən, qeyri-neft sektorunun inkişaf etdirilməsi üçün sənaye müəssisələrinin vergi və rüsumlardan azad edilməsi, əlavə inzibati müdaxilələrin minimuma endirilməsi önəmlidir. Bu iqtisadi islahatların həyata keçirilməsi nəticəsində mərhələli şəkildə neft və qaz resurslarından asılılığın azaldılmasına nail olmaq mümkündür.

Azərbaycanın yerləşdiyi coğrafi mövqe logistik baxımdan da əhəmiyyətlidir. Avropa ilə Asiya arasında tranzit rolunu oynamaq potensialına malik olan Azərbaycan üçün bu vacib məqamdır. Son illərdə neft və qaz ixracatının şaxələndirilməsi istiqamətində həyata keçirilən tədbirlər ölkənin qeyri-neft sektorunun inkişafına da töhfə verir”.

O qeyd edib ki, Azərbaycan üçün qeyri-neft sektorunun inkişafında turizmin də rolu böyükdür:

“Ölkənin turizm potensialı əlverişlidir. Turizm sektorunda güzəştlərin ayrılması vacibdir. Son illərdə Azərbaycanda siyasi sabitliyin qorunması, milli valyutanın məzənnəsinin sabit saxlanılması turizmin inkişafı baxımından əlverişli şərait yaradır. Turizm sektorunda infrastruktur və kommunal xidmətlərlə bağlı bir sıra güzəştlər edilməlidir. Bunlar kompleks şəkildə hazırlanarsa, Azərbaycan yaxın beş il ərzində regionun ən inkişaf etmiş ölkələrindən birinə çevrilə bilər”.

 

Kəmalə Vəliyeva
Paraqraf.com

Loading

Visited 5 times, 4 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: “MİQ imtahanına hər il 5–10 min qeydiyyatdan keçən şəxs iştirak etmir” – Ekspertdən 60 manatlıq ödənişlə bağlı açıqlama

OXŞAR MÖVZULAR

552aa5b7-e565-4a66-adc9-12e402b79c47

“MİQ imtahanına hər il 5–10 min qeydiyyatdan keçən şəxs iştirak etmir” – Ekspertdən 60 manatlıq ödənişlə bağlı açıqlama

admin 30 Aprel 2026
image-131

Bu gün ehtiyatda olan polkovnik Elmar Hüseynovun doğum günüdür

admin 30 Aprel 2026
5CvpvTG9aMvXxuEVGOsmyTu3x6xj3Vc1SLitpslv_1200

Kəmaləddin Heydərov Naxçıvanda vətəndaşları qəbul edib

admin 30 Aprel 2026

XƏBƏR LENTİ

Ekspert: “Qeyri-neft sektoruna investisiyalar artırılarsa, iqtisadi dayanıqlıq güclənər” 05364b35-9cf5-48c7-9da1-a4b9a5fbfd8d

Ekspert: “Qeyri-neft sektoruna investisiyalar artırılarsa, iqtisadi dayanıqlıq güclənər”

30 Aprel 2026
“MİQ imtahanına hər il 5–10 min qeydiyyatdan keçən şəxs iştirak etmir” – Ekspertdən 60 manatlıq ödənişlə bağlı açıqlama 552aa5b7-e565-4a66-adc9-12e402b79c47

“MİQ imtahanına hər il 5–10 min qeydiyyatdan keçən şəxs iştirak etmir” – Ekspertdən 60 manatlıq ödənişlə bağlı açıqlama

30 Aprel 2026
Bu gün ehtiyatda olan polkovnik Elmar Hüseynovun doğum günüdür image-131

Bu gün ehtiyatda olan polkovnik Elmar Hüseynovun doğum günüdür

30 Aprel 2026
Kəmaləddin Heydərov Naxçıvanda vətəndaşları qəbul edib 5CvpvTG9aMvXxuEVGOsmyTu3x6xj3Vc1SLitpslv_1200

Kəmaləddin Heydərov Naxçıvanda vətəndaşları qəbul edib

30 Aprel 2026
Günay Əfəndiyeva Türkiyə XİN-in Diplomatiya Akademiyasının rəhbər və tələbə heyəti ilə görüşüb njjgzOFY6RrfcEvxItTMYZBiZAGv0ypCqv52thQE_1200

Günay Əfəndiyeva Türkiyə XİN-in Diplomatiya Akademiyasının rəhbər və tələbə heyəti ilə görüşüb

30 Aprel 2026
Elçin Əmirbəyov İtaliyada Azərbaycanın regionda sülh və sabitliyin təmin olunmasına yönəlmiş səyləri barədə danışıb TtunPSqBCqRg32ROBOFVGuIg2dbasLi4Hx8cUVsA_1200

Elçin Əmirbəyov İtaliyada Azərbaycanın regionda sülh və sabitliyin təmin olunmasına yönəlmiş səyləri barədə danışıb

30 Aprel 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.