Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/İran ABŞ-ni “dövlət piratçılığında” ittiham edib
DÜNYA

İran ABŞ-ni “dövlət piratçılığında” ittiham edib

29 Aprel 2026 1 Min Read
PAYLAŞIN:

Rəsmi Tehran, İran nefti daşıyan iki kommersiya gəmisini ələ keçirdikdən sonra ABŞ-ı təcavüzkarlıqda və “dövlət piratçılığında” ittiham edib.

Paraqraf.com-un məlumatına görə, bu barədə İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvaninin Təhlükəsizlik Şurasına göndərdiyi məktubda bildirilir. Tehranın məlumatına görə, ABŞ tərəfi təxminən 3,8 milyon barel İran nefti daşıyan Majestic və Tifani gəmilərini ələ keçirib.

Məktubda qeyd olunur ki, ABŞ-ın hərəkətləri beynəlxalq dənizçilik qanunlarını pozur, naviqasiya təhlükəsizliyini təhdid edir və regionda gərginliyi artırır.

İran tərəfi bildirib ki, bu cür hərəkətlər mahiyyət etibarilə “dövlət piratçılığı”na bərabərdir və ABŞ-ın daxili hüquqi prosedurları ilə haqlı sayıla bilməz.

Tehran həmçinin Kolumbiya Dairəsi üzrə ABŞ prokuroru Cinin Pirronun 27 aprel tarixli X sosial media platformasında paylaşdığı paylaşıma istinad edərək bunu gəmilərin ələ keçirilməsinin təsdiqi kimi şərh edib.

İran BMT Təhlükəsizlik Şurasını hadisəyə reaksiya verməyə çağırıb və beynəlxalq hüquq çərçivəsində cavab tədbirləri görmək hüququnu özündə saxladığını bildirib.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Rusiya Ukraynanın beş vilayətinə zərbə endirib: ölən və yaralananlar var

Next

Liviyada insan alverçilərinə ağır cəza verilib

Copyright 2026— Praqraf.com. All rights reserved