Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/Naxçıvanda “Şərqin qapısı” Teatr Festivalı keçiriləcək
MANŞET

Naxçıvanda “Şərqin qapısı” Teatr Festivalı keçiriləcək

28 Aprel 2026 1 Min Read
PAYLAŞIN:

Naxçıvan şəhərində “Şərqin qapısı” Teatr Festivalı təşkil olunacaq.

Paraqraf.com xəbər verir ki, Mədəniyyət Nazirliyi və Naxçıvan Muxtar Respublikası (MR) Mədəniyyət Nazirliyinin dəstəyi, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının təşkilatçılığı ilə mayın 8–11-də “Şərqin qapısı” Teatr Festivalı keçiriləcək.

Festivalın keçirilməsində məqsəd ölkənin teatr mühitində yaradıcılıq mübadiləsini genişləndirmək, sənətkarlar arasında əməkdaşlığı gücləndirmək və tamaşaçılara zəngin səhnə nümunələri təqdim etməkdir.

Festivalın açılış mərasimi mayın 8-də olacaq. Həmin gün Azərbaycan Dövlət Pantomima Teatrının iştirakı ilə tədbirlər davam edəcək, saat 19:00-da isə Nikolay Qoqolun “Şinel” əsəri əsasında hazırlanan tamaşa nümayiş olunacaq.

Mayın 9-da festival çərçivəsində “Pantomima: aktyor sənətinin tərkib hissəsi kimi” mövzusunda ustad dərsi keçiriləcək.

Axşam saatlarında Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının təqdimatında Mirzə Fətəli Axundovun “Müsyö Jordan” tamaşası rus dilində səhnələşdiriləcək.

Mayın 10-da türkiyəli sənətçi-yazar Mehmet Ümit Görgülü tərəfindən ustad dərsi keçiriləcək. Həmin gün sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Elçin Cəfərovun iştirakı ilə “Rəqəmsal dövrdə teatrın transformasiyası, süni intellekt və teatr” mövzusunda müzakirə baş tutacaq. Günün sonunda Şuşa Dövlət Musiqili Dram Teatrı tərəfindən Hüseyn Cavidin “Ana” tamaşası təqdim olunacaq.

Festivalın bağlanış mərasimi 11 may saat 17:00-da keçiriləcək.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Gürcüstanın Azərbaycandakı keçmiş səfiri Acarıstan hökumətinin başçısı olub

Next

Həsən Məmmədov: “Rusiya-Ukrayna danışıqlarının Azərbaycanda keçirilməsi ehtimalı zəif görünür”

Copyright 2026— Praqraf.com. All rights reserved