Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/Mərkəzi qazanxanaya keçid: yeni qaydalar nəyi dəyişir?
MANŞETÖZƏL

Mərkəzi qazanxanaya keçid: yeni qaydalar nəyi dəyişir?

28 Aprel 2026 2 Min Read
PAYLAŞIN:

Mənzillərdə fərdi istilik sistemlərinin, yəni kombilərin istifadəsi ilə bağlı yeni məhdudiyyətlər tətbiq olunur.

Nazirlər Kabinetinin yeni qərarına əsasən, binalar layihələndirilərkən artıq hündürlük amili əsas götürüləcək. Yeni qaydalara görə, yalnız 5 mərtəbəyə qədər olan binalarda fərdi istilik sistemlərinə icazə veriləcək.

Məhdudiyyət təkcə texniki səbəblərlə bağlı deyil. Mütəxəssislərin sözlərinə görə, hündürmərtəbəli binalarda hər mənzildən çıxan borular həm estetik görünüşü pozur, həm də insan həyatı üçün gizli təhlükə mənbəyinə çevrilir.

Qərarda alternativ variantlar da nəzərdə tutulub. Əgər ərazidə qaz yoxdursa və ya istilik bərpa olunan enerji mənbələri, məsələn, günəş panelləri vasitəsilə təmin edilirsə, fərdi sistemlərə icazə verilə bilər.

Təhlükəsizlik eksperti Orxan Musayev “Paraqraf.com”a bildirib ki, bu qərarla hündürmərtəbəli yeni binalarda hər mənzilə ayrıca kombi qoyulması dövrü faktiki olaraq başa çatır:

“12–16 mərtəbəli binada hər mənzildə bir qaz cihazının olması, binanın hər mərtəbəsində ayrıca partlayış və yanğın riski deməkdir. Yeni qərar isə bu təhlükəni fərdi mənzillərdən toplayaraq binanın altında və ya yanında yerləşən, kənar şəxslərin müdaxiləsindən qorunan vahid mərkəzi qazanxanada cəmləməyi nəzərdə tutur.

İnkişaf etmiş ölkələrin təcrübəsinə baxdıqda görürük ki, orada hündür binalarda çoxdan kütləvi qaz cihazlarından istifadə olunmur. Çünki həm yanğın təhlükəsizliyi, həm də dəm qazı riski baxımından mərkəzi sistem daha etibarlı hesab olunur”.

Ekspert əlavə edib ki, qərara əsasən fərdi istilik sistemlərinə yalnız üç halda icazə verilir:

“Bina beş mərtəbədən aşağı olduqda, ərazidə qaz olmadıqda və ya günəş panelləri kimi yaşıl enerji mənbələrindən istifadə edildikdə fərdi istilik sistemi tətbiq oluna bilər. Ən vacib təhlükəsizlik məsələlərindən biri məsuliyyətlə bağlıdır. Mənzillərdə kombilərə hər kəs fərqli şəkildə qulluq edir, bəzən isə qeyri-peşəkar şəxslər müdaxilə edir. Bu da dəm qazı zəhərlənmələrinə və qaz sızmalarına səbəb olur. Bir mənzildəki səhlənkarlıq bütün binanı risk altına sala bilər.

Mərkəzi sistem olduqda isə texniki xidmət sertifikatlı mütəxəssislər tərəfindən həyata keçirilir. Bu qərarın əsas məqsədi yeni hündürmərtəbəli binalarda yanğın, partlayış və qaz sızması risklərini minimuma endirməkdir”.

 

Kəmalə Vəliyeva
Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyətini qəbul edib

Next

Moskvada baş verən yanğında ölənlərin sayı səkkizə yüksəlib

Copyright 2026— Praqraf.com. All rights reserved