Skip to content
29 Aprel 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Aprel
  • 27
  • Rabatda keçirilən “Mədəniyyətlər Günü” adlı tədbirdə Azərbaycan stendi maraqla qarşılanıb

Rabatda keçirilən “Mədəniyyətlər Günü” adlı tədbirdə Azərbaycan stendi maraqla qarşılanıb

admin 27 Aprel 2026 2 minutes read
f8LenuEr8EEokihp2S3HKbSe09LMXXP8GyVdAWKL_1200
PAYLAŞIN:

Mərakeşin paytaxtı Rabat şəhərində yerləşən “Rabat American School”da “Mədəniyyətlər Günü” adlı tədbir keçirilib.

Paraqraf.com xəbər verir ki, 21 ölkənin nümayəndələrini bir araya gətirən tədbirə Azərbaycan ardıcıl dördüncü il öz zəngin mədəniyyətini və qonaqpərvərlik ənənələrini təqdim edib.

Ölkəmizin milli stendi bu il də ziyarətçilərin böyük marağına səbəb olub. Qonaqlar Azərbaycan tarixi, adət-ənənələri və mədəni irsi ilə yaxından tanış olublar.

Ziyarətçilərə Azərbaycan milli mətbəxinin ləziz nümunələri – dovğa, qutab, paxlava, eləcə də qonaqpərvərliyin simvoluna çevrilmiş limonlu çay təqdim olunub. Eyni zamanda, milli geyimlər böyük maraqla qarşılanıb. Bu, Azərbaycan mədəniyyətinin estetik gözəlliyini daha yaxından hiss etməyə imkan verib.

Azərbaycanın tədbirdəki iştirakının ayrılmaz hissəsi milli rəqslər olub. Qonaqlara Azərbaycan milli musiqisi ilə tanış olmaq və rəqslərin əsas hərəkətlərini sınamaq imkanı yaradılıb. Bu da müxtəlif yaş qruplarından olan iştirakçılar üçün canlı, şən və birləşdirici atmosfer formalaşdırıb.

Tədbir ümumilikdə isti və dostluq mühitində keçərək xalqlar arasında mədəni mübadilənin və qarşılıqlı hörmətin əhəmiyyətini bir daha göstərib. “Mədəniyyətlər Günü” bir daha sübut edib ki, mədəni müxtəliflik qarşılıqlı zənginləşmə, ilham və beynəlxalq dostluğun möhkəmlənməsi üçün mühüm dəyərdir.

 

Paraqraf.com 

Loading

Visited 9 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Futzal üzrə Azərbaycan I Liqasında üçüncü yer və final oyununun tarixi açıqlanıb
Next: Nizami Kino Mərkəzinin direktoru işdən çıxıb, yerinə müvəqqəti təyinat olub

OXŞAR MÖVZULAR

luget

Retroya dönüş: gənclər köhnə musiqiyə niyə qayıdır?

admin 17 Aprel 2026
659760279_1396403202525029_6695699279724688825_n

Mədəni qastrol proqramının növbəti ünvanı Mingəçevir şəhəri olub – FOTOLAR

admin 02 Aprel 2026
IMG_5402

Xalq artisti Rasim Balayevlə vida mərasimi keçirilir

admin 30 Mart 2026

XƏBƏR LENTİ

Həsən Məmmədov: “Rusiya-Ukrayna danışıqlarının Azərbaycanda keçirilməsi ehtimalı zəif görünür” 59d6fb18-7611-4563-8f7b-872d64f54605

Həsən Məmmədov: “Rusiya-Ukrayna danışıqlarının Azərbaycanda keçirilməsi ehtimalı zəif görünür”

29 Aprel 2026
Naxçıvanda “Şərqin qapısı” Teatr Festivalı keçiriləcək f34967f1-f037-36d6-8fde-e8c8c084563c_1200

Naxçıvanda “Şərqin qapısı” Teatr Festivalı keçiriləcək

28 Aprel 2026
Gürcüstanın Azərbaycandakı keçmiş səfiri Acarıstan hökumətinin başçısı olub bFIDFGvU3Hd5oTw5zNLwlFu71aBqcsEJiaujKcq4_1200

Gürcüstanın Azərbaycandakı keçmiş səfiri Acarıstan hökumətinin başçısı olub

28 Aprel 2026
Mirzoyan Parisdə Azərbaycanla sülh prosesi və regional layihələr barədə danışıb 235ab110-8587-3f32-baef-38fa63ed8ac3_1200

Mirzoyan Parisdə Azərbaycanla sülh prosesi və regional layihələr barədə danışıb

28 Aprel 2026
Tramp: İran çöküş vəziyyətindədir 7XG5IZLS556XghjZMgenKo6m2xqrEDvZ3WJ5IYpv_1200

Tramp: İran çöküş vəziyyətindədir

28 Aprel 2026
Türkiyə və Ermənistan Qars-Gümrü dəmir yolu xəttinin işə salınması ilə bağlı iclas keçirib fuEQoDfUkcKKRo6xgGsQZic3lf0xcIPxPMl9VLvD_1200

Türkiyə və Ermənistan Qars-Gümrü dəmir yolu xəttinin işə salınması ilə bağlı iclas keçirib

28 Aprel 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.