Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MƏDƏNİYYƏT/Rabatda keçirilən “Mədəniyyətlər Günü” adlı tədbirdə Azərbaycan stendi maraqla qarşılanıb
MƏDƏNİYYƏT

Rabatda keçirilən “Mədəniyyətlər Günü” adlı tədbirdə Azərbaycan stendi maraqla qarşılanıb

27 Aprel 2026 1 Min Read
PAYLAŞIN:

Mərakeşin paytaxtı Rabat şəhərində yerləşən “Rabat American School”da “Mədəniyyətlər Günü” adlı tədbir keçirilib.

Paraqraf.com xəbər verir ki, 21 ölkənin nümayəndələrini bir araya gətirən tədbirə Azərbaycan ardıcıl dördüncü il öz zəngin mədəniyyətini və qonaqpərvərlik ənənələrini təqdim edib.

Ölkəmizin milli stendi bu il də ziyarətçilərin böyük marağına səbəb olub. Qonaqlar Azərbaycan tarixi, adət-ənənələri və mədəni irsi ilə yaxından tanış olublar.

Ziyarətçilərə Azərbaycan milli mətbəxinin ləziz nümunələri – dovğa, qutab, paxlava, eləcə də qonaqpərvərliyin simvoluna çevrilmiş limonlu çay təqdim olunub. Eyni zamanda, milli geyimlər böyük maraqla qarşılanıb. Bu, Azərbaycan mədəniyyətinin estetik gözəlliyini daha yaxından hiss etməyə imkan verib.

Azərbaycanın tədbirdəki iştirakının ayrılmaz hissəsi milli rəqslər olub. Qonaqlara Azərbaycan milli musiqisi ilə tanış olmaq və rəqslərin əsas hərəkətlərini sınamaq imkanı yaradılıb. Bu da müxtəlif yaş qruplarından olan iştirakçılar üçün canlı, şən və birləşdirici atmosfer formalaşdırıb.

Tədbir ümumilikdə isti və dostluq mühitində keçərək xalqlar arasında mədəni mübadilənin və qarşılıqlı hörmətin əhəmiyyətini bir daha göstərib. “Mədəniyyətlər Günü” bir daha sübut edib ki, mədəni müxtəliflik qarşılıqlı zənginləşmə, ilham və beynəlxalq dostluğun möhkəmlənməsi üçün mühüm dəyərdir.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Futzal üzrə Azərbaycan I Liqasında üçüncü yer və final oyununun tarixi açıqlanıb

Next

Nizami Kino Mərkəzinin direktoru işdən çıxıb, yerinə müvəqqəti təyinat olub

Copyright 2026— Praqraf.com. All rights reserved