İndoneziyanın Papua regionunda mülki şəxslər və yerli polis arasında regionda hərbi qüvvələrin mövcudluğuna qarşı toqquşmalar baş verib.
Paraqraf.com xəbər verir ki, bu barədə “Reuters” yerli polis orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, bu ayın əvvəlində silahlı separatçılara qarşı keçirilən son hərbi əməliyyat nəticəsində qadınlar və uşaqlar da daxil olmaqla, 15 nəfərin öldüyü ehtimal olunur.
Aksiya iştirakçıları hərbçilərin Papuanın bütün altı əyalətindən çıxarılmasını və zorakılığa son qoyulmasını tələb ediblər. Polisin məlumatına görə, məhz son əməliyyat zamanı qurbanlar barədə xəbərlər yerli sakinlər arasında narazılığa səbəb olub.
Rayonlardan birində etirazçılar daş atmağa başladıqdan sonra polis gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib. Beş polis əməkdaşı yaralanıb, nümayişçilər arasında xəsarət alanların olub-olmaması barədə məlumat daxil olmayıb.
Qeyd edək ki, əməliyyat 1969-cu ildən Papua regionunun müstəqilliyinə nail olmağa çalışan silahlı separatçılara qarşı yönəldilib.
Paraqraf.com
![]()
