Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/İDMAN/FIFA-nın dəstəyi ilə Lənkəranda qızlar üçün futbol festivalı keçirilib
İDMAN

FIFA-nın dəstəyi ilə Lənkəranda qızlar üçün futbol festivalı keçirilib

27 Aprel 2026 1 Min Read
PAYLAŞIN:

AFFA-nın təşkilatçılığı və FIFA-nın dəstəyi ilə “FIFA Women”s Development Programme” çərçivəsində 8-10 yaşlı qızlar üçün futbol festivalı keçirilib.

Paraqraf.com milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Lənkəran Olimpiya İdman Kompleksində baş tutan tədbirdə 63 qız iştirak edib.

Proqram çərçivəsində iştirakçılar üçün sadə futbol məşqləri, estafet oyunları və əyləncəli fəaliyyətlər təşkil olunub. Həmçinin milli komandanın futbolçuları ilə fotozona yaradılıb və məşqçilər tərəfindən topla ilkin davranış qaydaları göstərilib. Qızlar həm əyləniblər, həm də futbol bacarıqlarını inkişaf etdirmək imkanı qazanıblar.

Tədbirdə AFFA-nın baş katibinin müşaviri Orxan Həsənov, Qadın Futbolu Departamentinin rəhbəri Zümrüd Ağayeva, assosiasiya nümayəndələri, qadınlardan ibarət milli komandaların məşqçiləri və oyunçuları iştirak ediblər. Millinin üzvü Mədinə Curuqova festivalın gənc səfiri seçilib.

İştirakçılar AFFA tərəfindən idman geyimi, toplar və gödəkçələrlə təmin olunublar. Bu cür festivalların gələcəkdə də davamlı keçirilməsi planlaşdırılır. Layihənin təşkilində əsas məqsəd qızlar arasında sağlam həyat tərzini təşviq etmək, futbola marağı artırmaq, gələcəkdə onları liqalara və milli komandalara hazırlamaqdır.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Taekvondo üzrə yeniyetmələr arasında Azərbaycan birinciliyi keçiriləcək

Next

Azərbaycan deflimpiyaçıları karate üzrə şotokan dünya çempionatında 7 medal qazanıblar

Copyright 2026— Praqraf.com. All rights reserved