Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SİYASƏT/Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsini təklif edib
SİYASƏT

Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsini təklif edib

27 Aprel 2026 1 Min Read
PAYLAŞIN:

Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsi “L-39NG” təklif edib.

Paraqraf.com xəbər verir ki, bunu Çexiyanın Baş naziri Andrey Babiş Qəbələdə Prezident İlham Əliyevlə mətbuata bəyanatında söyləyib.

Baş nazir qeyd edib ki, əgər Azərbaycan bunu dəyərləndirsə Çexiya tərəfi çox şad olar:

“Aero Vodoxodı” şirkəti köhnəlmiş “L-39” təyyarələrinə de-fakto xidmət göstərir və təmir edir. Əlbəttə, biz yeni “L-39NG” təyyarəsini Sizə təqdim edirik və onu dəyərləndirsəniz, çox şad olardıq”.

A.Babiş xatırladıb ki, “Kolt” şirkəti, sözün əsl mənasında, mühüm beynəlxalq şirkətdir və o, bütün dünyaya əla məhsullarını təchiz edir:

“Şadıq ki, sizin polis və digər qüvvələr həmin məhsulları artıq tanıyır”.

O bildirib ki, səfərə ən mühüm Çex şirkətlərinin nümayəndələri gəlib və bütövlükdə nümayəndə heyətində 50 şirkət təmsil olunub:

“Əlbəttə ki, bizim Bakı Metropoliteni ilə müqavilənin imzalanmasında çox böyük marağımız var. “ŞKODA Daşımalar” ölkəmizin, bəlkə də ən iri iqtisadi “PPF Qrupu”nun bir hissəsidir. Həmin qrup digər şirkətlərlə yanaşı, birgə müəssisə qurmaq, Azərbaycanda istehsalata başlamaq, elm və tədqiqata sərmayə yatırmaq, universitetlərinizlə əməkdaşlıq etmək və təbii ki, Sizin insanlarınızla işləməyə hazırdır”.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Mərkəzi Seçki Komissiyasının sədrinin müavini və katibləri seçilib

Next

Andrey Babiş İlham Əliyevi Çexiyaya dəvət edib

Copyright 2026— Praqraf.com. All rights reserved