Misli Premyer Liqasında XXIX turun daha bir oyunu keçirilib.
Paraqraf.com-un məlumatına görə, günün ilk matçında “Şamaxı” “Kəpəz”i qəbul edib.
Şamaxı şəhər stadionunda baş tutan qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib – 2:0.
68-ci dəqiqədə Rikardo Apolinario, 75-ci dəqiqədə Andrey Tirkoveanu fərqlənib.
Qələbə sayəsində xallarının sayını 35-ə çatdıran “Şamaxı” 8-ci pillədə qərarlaşıb. “Kəpəz” 21 xalla onuncudur.
Günün ikinci matçında “Qarabağ” “Neftçi” ilə üz-üzə gələcək.
Ötən gün “Sumqayıt” “İmişli”ni iki cavabsız qolla üstələyib. “Qəbələ” – “Araz-Naxçıvan” oyununda qalib müəyyənləşməyib – 1:1.
Paraqraf.com
![]()
Visited 5 times, 1 visit(s) today
