Skip to content
23 Aprel 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Aprel
  • 23
  • SPECA iştirakçı dövlətləri Birgə Bəyanat qəbul ediblər

SPECA iştirakçı dövlətləri Birgə Bəyanat qəbul ediblər

admin 23 Aprel 2026 3 minutes read
EjFCmUhu2FbSv6z4S4UKFNk9R4IXxJPIPnBz6WPC_1200
PAYLAŞIN:

Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) iştirakçı dövlətlərin nazirlərinin görüşündə Birgə Bəyanat qəbul edilib.

Paraqraf.com xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata əsasən, görüş Tailandın Banqkok şəhərində BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (ESCAP) 82-ci sessiyası çərçivəsində keçirilib.

Bundan başqa, tədbirdə qlobal çağırışlar fonunda regional əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. Tədbirdə iştirak edən iqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayev qlobal təchizat zəncirlərinin transformasiyası, rəqəmsallaşmanın sürətlənməsi və iqlim risklərinin artması kimi qlobal çağırışlar fonunda daha sıx regional əməkdaşlığın önəmini vurğulayıb. Azərbaycanda elektron ticarətin genişləndirilməsi, Orta Dəhlizin inkişafı, rəqəmsal gömrük və logistika həllərinin tətbiqi, eləcə də insan kapitalının gücləndirilməsi istiqamətində ardıcıl addımlar atdığı diqqətə çatdırılıb. Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində keçiriləcək SPECA İqlim Ağıllı Şəhərlər Forumunun praktiki əməkdaşlıq üçün əlavə platforma yaradacağı qeyd edilib. SPECA Çoxtərəfli Etimad Fondunun birgə təşəbbüslərin həyata keçirilməsinə təkan verəcəyi bildirilib.

Görüşdə SPECA regionunda dayanıqlı və inklüziv iqtisadi inkişafın təmin edilməsi məqsədilə multimodal dəhlizlərin və rəqəmsal logistika platformalarının gücləndirilməsi, ticarət və tranzit prosedurlarının rəqəmsallaşdırılması məsələləri müzakirə olunub. Eyni zamanda, kiçik və orta sahibkarlığın dəstəklənməsi, nəqliyyat, logistika, rəqəmsal ticarət, təchizat zəncirlərinin idarə olunması sahələrində peşə hazırlığı və bacarıqların artırılması prioritet istiqamətlər kimi diqqət mərkəzində olub. Görüş çərçivəsində elm və innovasiya sahəsində tərəfdaşlıq, Bakıda dayanıqlı inkişaf və “yaşıl iqtisadiyyat” üzrə SPECA-nın Regional Tədqiqat Mərkəzinin yaradılması və digər məsələlər nəzərdən keçirilib.

Tədbirdə BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının (UNESCAP) icraçı katibinin müavini Şombi Şarp “SPECA regionunda təsir üçün tərəfdaşlıq: Çoxtərəfli Etimad Fondu” mövzusunda təqdimatla çıxış edib.

 

Paraqraf.com 

Loading

Visited 4 times, 4 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Azərbaycan çay ixracını artırıb, idxalını isə azaldıb
Next: Asiya ölkələrinin valyutaları Yaxın Şərq böhranı fonunda ucuzlaşır

OXŞAR MÖVZULAR

4ffbf508-fed0-3b0a-b3d3-2465bf884e5e_1200 (2)

Azərbaycan XİN: Türkiyə ilə ortaq dəyərləmiz gələcək nəsillərə də həmrəylik ruhu aşılayacaq

admin 23 Aprel 2026
qDuY3V3GKU6CaqJBvOi5j4nLftdPmiV1GFUqE4V5_1200

Mərkəzi Asiya ölkələri və Azərbaycan ətraf mühitin qorunmasında birgə fəaliyyət üzrə bəyanat qəbul ediblər

admin 23 Aprel 2026
Gn4Bv65RrWYKapt61md7Tk2W9oxOy8wmwIM2b270_1200

Azərbaycan Misir ilə iqtisadi əməkdaşlığı müzakirə edib

admin 23 Aprel 2026

XƏBƏR LENTİ

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir” df5392e7-b5ac-498c-935e-9eef89db6bea

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir”

23 Aprel 2026
Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb 02de5cd8-6ed8-4cec-b8b4-39fc322a71df

Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb

23 Aprel 2026
TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər bleZJUTrdVDCIT1832V88VVMBDJFdKomzDnJJw46_1200

TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər

23 Aprel 2026
Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub kxucwe2HQecOL5lfcWkwaamBq9fQWFtI4lP0VCZA_1200

Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub

23 Aprel 2026
Azərbaycan voleybol yığmalarının Avropa Liqasında oyun cədvəli müəyyənləşib 9e52d3c2-7ca0-403f-8f65-08873844dcea_1200

Azərbaycan voleybol yığmalarının Avropa Liqasında oyun cədvəli müəyyənləşib

23 Aprel 2026
Azərbaycanı Almaniyada keçiriləcək Avropa Kubokunda 39 cüdoçu təmsil edəcək 7GDdBFyrGfD3fhRxh06T759sqnhqpvMyilA8WFjO_1200

Azərbaycanı Almaniyada keçiriləcək Avropa Kubokunda 39 cüdoçu təmsil edəcək

23 Aprel 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.