Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SİYASƏT/EAPCA Belçika və Niderland parlamentlərinin Azərbaycan əleyhinə qətnamələrini pisləyib
SİYASƏT

EAPCA Belçika və Niderland parlamentlərinin Azərbaycan əleyhinə qətnamələrini pisləyib

23 Aprel 2026 1 Min Read
PAYLAŞIN:

Avro-Atlantik Azərbaycanlılar Tərəfdaşlıq Şurası (EAPCA) Belçika və Niderlandın Nümayəndələr Palatalarının aprelin 16-da qəbul etdiyi qətnamələri qətiyyətlə pisləyib və buna kəskin etirazını bildirib.

Paraqraf.com-un məlumatına görə, qurumun baş katibi Sahil Qasımovun imzaladığı hər iki bəyanatda qeyd olunub ki, Belçika və Niderland parlamentləri beynəlxalq məsələlərə münasibətdə obyektivlik, hüquqi əsaslılıq və balanslı yanaşma prinsiplərinə sadiq qalmalıdırlar.

Bildirilib ki, Azərbaycanın Ermənistanla birlikdə regionda sülh və sabitliyin təmin olunması istiqamətində atdığı addımların nəzərə alınmaması qəbul edilmiş qətnamələrin qeyri-obyektiv xarakter daşıdığını göstərir və konstruktiv əməkdaşlıq ruhuna uyğun deyil:

“Bu cür hərəkətlər regionda gərginliyi artıran, sülh və sabitliyə ciddi təhdid yaradan qəbuledilməz addımlardır. Azərbaycan hər zaman qonşu dövlətlərlə mehriban qonşuluq və qarşılıqlı hörmət prinsiplərinə sadiq olduğunu dəfələrlə bəyan edib. EAPCA hər iki dövlətin parlamentlərini mövqelərini yenidən nəzərdən keçirməyə və daha ədalətli, balanslı yanaşma nümayiş etdirməyə dəvət edib”.

Vurğulanıb ki, Niderlandın Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsində bu ölkənin xarici işlər naziri Tom Berendsen şəxsən iştirak edib və hökumətin bu qətnamənin əleyhinə olduğunu parlamentarilərin diqqətinə çatdırıb.

Qeyd edək ki, aprelin 16-da Belçika və Niderland parlamentlərində Azərbaycan əleyhinə qətnamələrin qəbul olunması ilə əlaqədar adları çəkilən ölkələrin Bakıdakı səfirləri Xarici İşlər Nazirliyinə (XİN) çağırılıblar.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Bu ilin birinci rübündə 1300-ə yaxın əcnəbi Azərbaycanda daimi yaşamaq üçün müraciət edib

Next

Edqars Rinkeviçs Heydər Əliyev Mərkəzində olub

Copyright 2026— Praqraf.com. All rights reserved