Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Ukrayna Rusiyaya məxsus gəmilərin idarəetmə məntəqəsini vurub
DÜNYA

Ukrayna Rusiyaya məxsus gəmilərin idarəetmə məntəqəsini vurub

22 Aprel 2026 1 Min Read
PAYLAŞIN:

Ukrayna Müdafiə Qüvvələri aprelin 21-də və 22-nə keçən gecə Rusiya qoşunlarının bir sıra mühüm obyektlərinə, o cümlədən müvəqqəti ilhaq edilmiş Sevastopolda Rusiya Qara Dəniz Donanmasının gəmilərinin hərəkətini idarəetmə məntəqəsinə zərbələr endirib.

Paraqraf.com xəbər verir ki, bu barədə “RBK-Ukrayna” Ukrayna Silahlı Qüvvələri Baş Qərargahına istinadən məlumat yayıb.

Hərbi qurumun məlumatına görə, hücum nəticəsində Qara Dəniz Donanmasının hərbi gəmilərinin hərəkətini idarə edən “Streletskiy” məntəqəsi vurulub.

Həmçinin Rusiyanın Kursk vilayətinin Korovyakovka və Tyotkino yaşayış məntəqələri ərazilərindəki pilotsuz uçuş aparatlarının (PUA) idarəetmə məntəqələrinə və Ukraynanın Xarkov vilayətinin Dobrolyubovka ərazisindəki “Molniya” PUA idarəetmə məntəqəsinə zərbələr endirilib.

Bundan başqa, Ukrayna Rusiyanın Belqorod vilayətinin Vyazovoye yaşayış məntəqəsi ərazisindəki Rusiya bölməsinin idarəetmə məntəqəsini vurub.

Həmçinin Ukraynanın Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisindəki Uyutnoye və Rusiyanın Belqorod vilayətindəki Vısokoye yaxınlığında yerləşən Rusiya qoşunlarının komanda-müşahidə məntəqələrinə zərbələrin endirildiyi də bildirilir.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Rusiya Xarkov və Xersona hücum edib, ölənlər və yaralananlar var

Next

“Axios”: Tramp İranla atəşkəs rejiminə yalnız həftənin sonuna qədər razıdır

Copyright 2026— Praqraf.com. All rights reserved