Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/İQTİSADİYYAT/Sahibkarlar üçün vaxt itkisinin sonu: lisenziya və icazələr tam rəqəmsallaşdırılmalıdır
İQTİSADİYYATMANŞET

Sahibkarlar üçün vaxt itkisinin sonu: lisenziya və icazələr tam rəqəmsallaşdırılmalıdır

21 Aprel 2026 2 Min Read
PAYLAŞIN:

Müasir hüquq və idarəetmə sistemində lisenziya və icazə anlayışları mühüm yer tutur. Bu mexanizmlər dövlətin müxtəlif fəaliyyət sahələrinə nəzarət etməsi, təhlükəsizliyin təmin olunması və iqtisadi münasibətlərin tənzimlənməsi məqsədilə tətbiq edilir. Xüsusilə sahibkarlıq fəaliyyətində lisenziya və icazələrin alınması qanunvericiliyin əsas tələblərindən biridir.

İqtisadçı-ekspert Razi Abbasbəyli “Paraqraf.com”-a açıqlamasında bildirib ki, sahibkarlıq fəaliyyətinin daha səmərəli təşkili üçün genişmiqyaslı rəqəmsallaşdırma və inteqrasiya zəruridir:

Razi Abbasbəyli deputatlığa namizəd oldu - FOTO

“Bütün lisenziyalar onlayn qaydada təqdim olunmalıdır. Sahibkar müraciətinin statusunu rahat şəkildə izləyə bilməlidir. Eyni sənədin müxtəlif qurumlara təkrar təqdim edilməsi tələbi aradan qaldırılmalıdır. Əgər sənəd artıq bir quruma təqdim olunubsa, digər qurumların bunu yenidən tələb etməsi ləğv edilməlidir. Bir çox hallarda lisenziya və icazələr sadə bildiriş prinsipi ilə əvəz oluna bilər”.

Ekspertin sözlərinə görə, əsas problemlərdən biri qeyri-müəyyənlikdir:

“Müraciətlərə baxılma müddətləri qanunla dəqiq müəyyən edilməlidir. Əgər müəyyən edilmiş vaxt ərzində cavab verilməzsə, bu, avtomatik olaraq razılıq kimi qəbul olunmalıdır. Yəni dövlət qurumu müəyyən müddətdə reaksiya verməzsə, müraciət müsbət hesab edilməlidir”.

Razi Abbasbəyli əlavə edib ki, rəqəmsallaşdırma prosesi zamanı insan faktorunun minimuma endirilməsi vacibdir:

“Avtomatlaşdırılmış qərar mexanizmləri tətbiq edilməlidir. Şikayətlərin araşdırılması daha operativ və effektiv təşkil olunmalıdır. Hazırda sahibkarlardan eyni məlumatlar dəfələrlə tələb olunur. Halbuki bu məlumatlar vahid bazada toplanmalı və avtomatik yoxlanılmalıdır. Sahibkarın iştirakı olmadan məlumat mübadiləsi mümkün olmalıdır”.

Ekspert vurğulayıb ki, əsas məqsəd sahibkarlıq mühitini daha çevik və effektiv etməkdir:

“Dövlət nəzarəti qalmalıdır, lakin bu nəzarət sahibkarın vaxtını və resurslarını israf etməməlidir. Xüsusilə kiçik sahibkarlar üçün vaxt ən dəyərli resursdur. Effektiv sistem sürətli işləyən sistem deməkdir”.

Onun fikrincə, Azərbaycan qanunvericiliyində lisenziya, icazə və bildiriş sistemlərinin tam rəqəmsallaşdırılması sahibkarların fəaliyyətini asanlaşdıracaq, eyni zamanda onların gələcək addımlarını data əsasında proqnozlaşdırmağa imkan verəcək.

Kəmalə Vəliyeva

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Ekspert: “Daxili investisiyaların artımı qeyri-neft sektorunun inkişafını sürətləndirə bilər”

Next

Zelenski: Ukrayna ordusunun Donbasdan çıxarılması strateji məğlubiyyət olar

Copyright 2026— Praqraf.com. All rights reserved