Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/Baş Prokurorluq: Əhməd Əhmədovun xəstəxanadan buraxılması barədə məlumatlar yalandır
MANŞET

Baş Prokurorluq: Əhməd Əhmədovun xəstəxanadan buraxılması barədə məlumatlar yalandır

21 Aprel 2026 1 Min Read
PAYLAŞIN:

Bəzi sosial şəbəkə subyektləri tərəfindən 2024-cü ildə paytaxtın Xətai rayonunda 5 nəfər ailə üzvünü qəsdən öldürmüş Əhməd Əhmədovun saxlanıldığı tibb müəssisəsindən azad olunması barədə həqiqə uyğun olmayan məlumatlar yayılıb.

Bu barədə Paraqraf.com-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilib ki, Baş Prokurorluq cəmiyyətdə süni ajiotaj yaratmağa, ictimai rəyi bilərəkdən çaşdırmağa xidmət edən bu cür uydurma məlumatları qəti şəkildə pisləyir və təkzib edir:

“Böyük ictimai rezonansa səbəb olmuş cinayətin baş vermə səbəbləri və şəraiti, təqsirləndirilən şəxsin əməllərinin xarakteri və təqsirliliyi, eləcə də sair sübut edilməli olan hallar ibtidai istintaq zamanı prokurorluq orqanları tərəfindən əməliyyat-axtarış fəaliyyətinin digər subyektləri ilə birgə tam və hərtərəfli araşdırılıb.

Həmçinin Əhməd Əhmədovun qeyd olunan xüsusilə ağır cinayəti anlaqsız vəziyyətdə törətməsi, eləcə də cəmiyyət üçün təhlükəli olması ibtidai istintaq zamanı toplanmış və məhkəmə baxışının gedişində tədqiq olunmuş mötəbər dəlillər əsasında sübuta yetirildiyindən qanunvericiliyin tələblərinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 10.10.2024-cü il tarixli qərarı ilə ona cəza təyin edilməyib və ixtisaslaşmış psixiatriya stasionarında intensiv müşahidə altında məcburi müalicəyə göndərilib”.

Baş Prokurorluğun məlumatında qeyd edilib ki, Ə.Əhmədovun stasionar müalicəsi həkimlərin ciddi nəzarəti altında hazırda müvafiq psixiatriya xəstəxanasında davam etdirilir və onun xəstəxanadan buraxılması tamamilə cəfəngiyyatdır:

“İctimaiyyətdə süni təşviş yaradan bu cür yalan informasiyaların yayılması birbaşa hüquqi məsuliyyətə səbəb olur.

Qeyd olunanları nəzərə alaraq, vətəndaşlardan aidiyyəti dövlət qurumları ilə dəqiqləşdirilməmiş və təhrif olunmuş məlumatların paylaşılmasından çəkinməyi bir daha xahiş edirik”.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Növbəti köç karvanı Qırmızı Bazar qəsəbəsinə yola salınıb

Next

Ekspert: “Daxili investisiyaların artımı qeyri-neft sektorunun inkişafını sürətləndirə bilər”

Copyright 2026— Praqraf.com. All rights reserved