Skip to content
25 Aprel 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Aprel
  • 20
  • Ekspert: “Visa və MasterCard Azərbaycanda həddən artıq yüksək komissiya tətbiq edir”

Ekspert: “Visa və MasterCard Azərbaycanda həddən artıq yüksək komissiya tətbiq edir”

admin 20 Aprel 2026 2 minutes read
fbba11bb-3ca4-428d-87dc-9ae92635491a
PAYLAŞIN:

Azərbaycanda kartla ödənişlər zamanı banklar tərəfindən tətbiq olunan xidmət haqları yenidən müzakirə mövzusuna çevrilib. Müştərilər kartla ödəniş etdikdə kartı buraxan bank və ödənişi qəbul edən bank arasındakı hesablaşmalara görə xidmət haqqı tutulur. Bu ödənişlər isə ticarət obyektləri tərəfindən banklara ödənilir.

Məsələ ilə bağlı Baku TV-nin videomaterialında da məlumat verilib.

Mərkəzi Bankın müvafiq qərarına əsasən, iyunun 1-dən etibarən bu xidmət haqqının yuxarı həddi bəzi sahələr üzrə aşağı salınacaq.

İqtisadçı-ekspert Natiq Cəfərli Paraqraf.com-a açıqlamasında bildirib ki, post-terminal xidmətləri adı altında banklar kifayət qədər yüksək faiz tətbiq edir:

“Yəni Visa və MasterCard Azərbaycanda yüksək faiz götürür. Bəzi hallarda bu göstərici 2 faiz və daha çox olur. Bu isə kifayət qədər yüksəkdir. Dünya ortalamasında bu rəqəm təxminən 0,8 faiz təşkil edir. Əgər Mərkəzi Bank bu məsələni tənzimləyibsə, bu, müsbət addımdır. Bu dəyişiklik həm ticarət, həm də iaşə obyektlərinin xərclərinin azalmasına səbəb ola bilər. Nəticədə isə məhsul qiymətlərinə də müsbət təsir göstərə bilər”.


Kəmalə Vəliyeva

Paraqraf.com

Loading

Visited 12 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: “Azərbaycan regionda təşəbbüskar aktor kimi çıxışını gücləndirir” – ŞƏRH
Next: Rövşən Binnətli: “Elvinin əvəzedici komandaya keçməsi təqdirə layiq deyil”

OXŞAR MÖVZULAR

jqqyC9xrSpLDtUJPGGJdxXs3hSTVZ0M1W08Yn7A7_1200 (1)

Bu gündən Xankəndidə şəhərdaxili avtobus marşrutları fəaliyyətə başlayıb

admin 25 Aprel 2026
67206691-efa0-3e28-84f2-17909a9d4439_1200 (1)

Diplomatik xidmətə qəbul üzrə müsabiqəyə qeydiyyatda yenilik edilib

admin 25 Aprel 2026
b8d8f5e3-cd96-4540-828e-ff0895fd6d74

Deputat və urbanistdən mesaj: “WUF13 Bakını dünyaya çıxaracaq, amma şəhər buna hələ hazır deyil!”

admin 24 Aprel 2026

XƏBƏR LENTİ

Azərbaycan gips və anhidrit istehsalını 53 %-dən çox artırıb 93562f5a-beba-4a25-b1ab-d43c28581b1d_1200

Azərbaycan gips və anhidrit istehsalını 53 %-dən çox artırıb

25 Aprel 2026
Bazar günü Azərbaycanda 24 dərəcəyədək isti olacaq 526f42fd-1da1-3350-aadf-12e5678925dd_1200

Bazar günü Azərbaycanda 24 dərəcəyədək isti olacaq

25 Aprel 2026
Şəkidə yük avtomobili yanıb ep5s7LQIJeWxN8b4kgkU6ffo6TLOsfh0hNazvOxB_1200

Şəkidə yük avtomobili yanıb

25 Aprel 2026
Şərurda avtomobilini yandıran sərxoş sürücü saxlanılıb Ug8HnPk2VK8qQDOvmDA1HUkxY0FnnSm4faZqj2b2_1200

Şərurda avtomobilini yandıran sərxoş sürücü saxlanılıb

25 Aprel 2026
Binədə evinin 2-ci mərtəbəsindən yıxılan qadın 7 gün sonra ölüb ZcbIullARcULnCNnpSeC73VFrc9YmiixaX1AAhq2_1200

Binədə evinin 2-ci mərtəbəsindən yıxılan qadın 7 gün sonra ölüb

25 Aprel 2026
Ötən gün qanunsuz saxlanılan 3 tapança, 5 tüfəng aşkarlanıb 857415ad-a1ef-34b4-a858-8ee34f31d4b0_1200

Ötən gün qanunsuz saxlanılan 3 tapança, 5 tüfəng aşkarlanıb

25 Aprel 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.