Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/İDMAN/Nicat Abasov və Aydın Süleymanlı Avropa çempionatında liderliyi bölüşürlər
İDMAN

Nicat Abasov və Aydın Süleymanlı Avropa çempionatında liderliyi bölüşürlər

19 Aprel 2026 1 Min Read
PAYLAŞIN:

Polşanın Katovitse şəhərində təşkil olunan şahmat üzrə fərdi Avropa çempionatında X turun partiyaları baş tutub.

Paraqraf.com Azərbaycan Şahmat Federasiyasına istinadən xəbər verir ki, hesabat turunda qitə birinciliyinin liderləri arasında baş tutan qarşılaşmada qalib müəyyənləşməyib.

Azərbaycan şahmatçısı Nicat Abasov ispaniyalı David Qixarru ilə heç-heçə edib. Digər təmsilçimiz Aydın Süleymanlı qara fiqurlarla litvalı Valeri Kazakouskini məğlubiyyətə uğradıb. Son ölkə çempionu Məhəmməd Muradlı isə ağ fiqurlarla Latviya idmançısı Nikita Meşkovsu üstələyib.

10 turdan sonra turnir cədvəlinin ilk “beşliy”ində üç Azərbaycan şahmatçısı qərarlaşıb. Hərəyə 8 xal toplayan N.Abasovla A.Süleymanlı 1-2-ci yerləri bölüşürlər. Eyni xala malik M.Muradlı isə əlavə göstəricilərə görə beşincidir.

Qeyd edək ki, bu gün keçiriləcək sonuncu turda Aydın Süleymanlı ağ fiqurlarla Məhəmməd Muradlıya qarşı mübarizə aparacaq. Nicat Abasov isə Rumıniya təmsilçisi Daniel Boqdanla üz-üzə gələcək.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Premyer Liqa: XXVIII turun son iki qarşılaşması bu gün keçiriləcək

Next

Qadın voleybolçuların Yüksək Liqasında mövsümün həlledici görüşləri baş tutacaq

Copyright 2026— Praqraf.com. All rights reserved