Skip to content
23 Aprel 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Aprel
  • 18
  • ADY Şimal-Cənub dəhlizində irimiqyaslı modernləşdirilmə layihəsinə başlayır

ADY Şimal-Cənub dəhlizində irimiqyaslı modernləşdirilmə layihəsinə başlayır

admin 18 Aprel 2026 4 minutes read
Q9hUIovWsRzP2OO4ujGv4A4CCcmU4dpmEVcf3G9Z_1200
PAYLAŞIN:

Biləcəri-Yalama dəmir yolu xəttinin enerji təchizatı, siqnalizasiya və rabitə sistemlərinin müasirləşdirilməsi məqsədilə layihələndirmə və tikinti-quraşdırma işlərinə start verilir.

Paraqraf.com xəbər verir ki, bununla bağlı “Azərbaycan Dəmir Yolları” (ADY) QSC hazırlıqlara başlayıb.

Məlumata görə, Azərbaycan hökuməti “Azərbaycan dəmir yollarının enerji təchizatı, işarəvermə və rabitə sistemlərinin yenidən qurulması (Biləcəri-Yalama) layihəsi” çərçivəsində maliyyə resurslarının təmin edilməsi məqsədilə Asiya İnkişaf Bankına (ADB) müraciət edib. Həmin müraciət əsasında ayrılmış vəsaitin müəyyən hissəsinin yuxarıda qeyd olunan müqavilə üzrə ödənişlərin həyata keçirilməsi üçün istifadə edilməsi nəzərdə tutulur. İddiaçılar təkliflərini mayın 29-na qədər təqdim edə bilərlər.

Bu layihə, ADY-nin beynəlxalq yükdaşımalar sahəsində fəaliyyət göstərən Azərbaycanın şimal-cənub və şərq-qərb dəmir yolu dəhlizlərinin əsas elementlərini təşkil edən Biləcəri-Yalama və Bakı-Böyük Kəsik dəmir yolu sahələri boyunca 25 kV-luq dəyişən cərəyanlı enerji təchizatı, siqnalizasiya və rabitə sistemlərinin modernləşdirilməsini əhatə edən daha geniş miqyaslı proqramın ayrılmaz hissəsidir.

Proqram daxilində reallaşdırılan birinci layihə, regional yükdaşımalarını dəstəkləyən “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizində mühüm əlaqələndirici funksiyanı yerinə yetirən Biləcəri-Yalama dəmir yolu sahəsini əhatə edir. Bu hissə təqribən 192 km uzunluğunda ikixətli dəmir yolu xəttindən və 15 stansiyadan ibarətdir. Layihələndirmə mərhələsi daxil olmaqla, layihələndirmə və tikinti işlərinin təxminən 42 ay ərzində başa çatdırılması nəzərdə tutulur.

Qeyd edək ki, Biləcəri (Biləcəri stansiyası istisna edilməklə) – Yalama dəmir yolu sahəsi həm sərnişin, həm də yükdaşımalarını təmin edən, 1 520 mm rels izinə malik ikixətli ənənəvi dəmir yolu xəttidir. Dəmir yolu xəttinin və əlaqədar infrastrukturun bərpası yaxın vaxtlarda tamamlanıb. Dəhliz enerji təchizatı, siqnalizasiya və rabitə sistemləri ilə təmin olunsa da, mövcud sistemlər mənəvi və fiziki cəhətdən köhnəlib, beynəlxalq standartlara uyğun müasir avadanlıqlarla əvəzlənməsinə zərurət yaranıb. Layihənin başlıca hədəfi bu marşrutda təhlükəsizlik səviyyəsini yüksəltmək, istismar sürətini və məhsuldarlığı artırmaq, eyni zamanda dəmir yolu xidmətlərinin etibarlılığını və əlçatanlığını təmin etməkdir. İşlər çərçivəsində əsas dəmir yolu xəttinin minimum 50 km-lik hissəsində kontakt şəbəkəsinin, siqnalizasiya sistemlərinin təchizatı və quraşdırılması, habelə minimum 5 stansiyanın rabitə sistemlərinin təchizatı və montajı nəzərdə tutulub.

ADB Biləcəri-Yalama dəmir yolu xəttinin elektrikləşdirilməsi, siqnalizasiya və telekommunikasiya layihəsi üçün 325 milyon ABŞ dolları ayırmağı nəzərdən keçirir. ADB-nin Direktorlar Şurasında bu kreditin təsdiqi isə 2027-ci il iyunun 17-nə planlaşdırılıb.

Layihə ADB, Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) və Azərbaycan hökuməti tərəfindən maliyyələşdiriləcək.

Bu xətt Şimal–Cənub dəmir yolu dəhlizinin bir hissəsidir və “Azərbaycan Dəmir Yolları” QSC-nin beynəlxalq yük daşımalarına xidmət edir. İxracların əksəriyyəti ya Bakı-Böyük Kəsik, ya da Biləcəri-Yalama marşrutu ilə həyata keçirilir.

 

Paraqraf.com 

Loading

Visited 44 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Azərbaycanda istehlak bazarı I rübdə 5 %-ə yaxın böyüyüb
Next: Neftçalada avtomobil 85 yaşlı piyadanı vuraraq öldürüb

OXŞAR MÖVZULAR

df5392e7-b5ac-498c-935e-9eef89db6bea

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir”

admin 23 Aprel 2026
02de5cd8-6ed8-4cec-b8b4-39fc322a71df

Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb

admin 23 Aprel 2026
bleZJUTrdVDCIT1832V88VVMBDJFdKomzDnJJw46_1200

TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər

admin 23 Aprel 2026

XƏBƏR LENTİ

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir” df5392e7-b5ac-498c-935e-9eef89db6bea

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir”

23 Aprel 2026
Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb 02de5cd8-6ed8-4cec-b8b4-39fc322a71df

Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb

23 Aprel 2026
TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər bleZJUTrdVDCIT1832V88VVMBDJFdKomzDnJJw46_1200

TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər

23 Aprel 2026
Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub kxucwe2HQecOL5lfcWkwaamBq9fQWFtI4lP0VCZA_1200

Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub

23 Aprel 2026
Azərbaycan voleybol yığmalarının Avropa Liqasında oyun cədvəli müəyyənləşib 9e52d3c2-7ca0-403f-8f65-08873844dcea_1200

Azərbaycan voleybol yığmalarının Avropa Liqasında oyun cədvəli müəyyənləşib

23 Aprel 2026
Azərbaycanı Almaniyada keçiriləcək Avropa Kubokunda 39 cüdoçu təmsil edəcək 7GDdBFyrGfD3fhRxh06T759sqnhqpvMyilA8WFjO_1200

Azərbaycanı Almaniyada keçiriləcək Avropa Kubokunda 39 cüdoçu təmsil edəcək

23 Aprel 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.