Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/Rusiyadan kütləvi deportasiya: minlərlə miqrant ölkədən çıxarılır
MANŞETÖZƏL

Rusiyadan kütləvi deportasiya: minlərlə miqrant ölkədən çıxarılır

17 Aprel 2026 2 Min Read
PAYLAŞIN:

Rusiyada qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində təxminən 6 min xarici vətəndaşın ölkədən çıxarılması barədə qərar qəbul edilib.

Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk özünün “Telegram” kanalında məlumat yayıb.

Onun məlumatına görə, mart ayında keçirilmiş reydlərin nəticələrinə əsasən, təxminən min cinayət işi başlanıb, həmçinin axtarışda olan 138 nəfər müəyyən edilib. Bundan əlavə, 7,7 min xarici vətəndaşın Rusiyaya girişinə qadağa qoyulması barədə qərar qəbul olunub.

Bildirilir ki, ümumilikdə 48 minə yaxın inzibati hüquqpozma faktı qeydə alınıb, 26 mindən çox miqrant məsuliyyətə cəlb olunub.

Siyasi şərhçi Elmir Səftərov “Paraqraf.com”a bildirib ki, son illər miqrasiya problemi artıq təkcə bir ölkə ilə bağlı deyil, qlobal xarakter daşıyır:

“Bu prosesin əsas səbəbləri sırasında müharibələr, siyasi qeyri-sabitlik, eləcə də ölkələrdəki iqtisadi çətinliklər və aşağı həyat səviyyəsi dayanır. Məsələn, Ukrayna müharibəsi kimi hadisələr miqrasiya axınlarını daha da artırıb.

Rusiya məsələsinə isə bu ölkə ənənəvi olaraq miqrant qəbul edən dövlətlərdən biridir. Xüsusilə Mərkəzi Asiya ölkələrindən gələn miqrantlar burada müxtəlif sahələrdə, əsasən əmək fəaliyyətində iştirak edirlər. Onlar daha çox iş imkanları əldə etmək məqsədilə Rusiyaya üz tuturlar. Lakin müharibə başladıqdan sonra bu tendensiyada müəyyən dəyişikliklər müşahidə olunur. Miqrantlar daha ehtiyatlı davranır, ölkəyə gələnlərin əsas motivasiyası isə daha çox məhz işlə bağlı olur. Ümumilikdə isə Rusiya hazırkı şəraitdə digər inkişaf etmiş ölkələrlə müqayisədə o qədər də cəlbedici istiqamət sayılmır”.

O əlavə edib ki, əsas miqrasiya axınları daha çox Avropa ölkələrinə, ABŞ-yə və digər inkişaf etmiş regionlara yönəlir:

“Rusiyanın iqtisadi vəziyyəti və müharibə şəraitində olması onun cəlbediciliyini azaldır.

Bundan əlavə, Rusiyadan deportasiya edilən miqrantlar təkcə bu ölkədə deyil, digər dövlətlərdə də miqrasiya siyasətinin sərtləşməsi ilə üzləşirlər. Ona görə də ABŞ və Avropa ölkələri də daxil olmaqla, dünyanın bir çox inkişaf etmiş ölkəsi miqrasiya məsələsini prioritet sahə elan edib. Bu səbəbdən deportasiya tədbirləri gücləndirilir, ölkəyə giriş və uzunmüddətli qalmaq şərtləri isə getdikcə daha da sərtləşdirilir”.

 

Kəmalə Vəliyeva
Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Eldəniz Əmirovun yeni kitabının Azərbaycan Dövlət İqtisad Universitetində təqdimatı keçirildi

Next

Vergidən gələn SMS yağışı: fayda, yoxsa narahatlıq? – ŞƏRH

Copyright 2026— Praqraf.com. All rights reserved