Çe Gevara Boliviyanın dağlıq ərazilərində son döyüşlərinə doğru irəliləyir. O, Latın Amerikasında inqilab ideyasını yaymaq istəyir, lakin yerli kəndlilərdən gözlədiyi dəstəyi ala bilmir. Kiçik partizan dəstəsi aclıq, yorğunluq və davamlı təqib altında qalır. Ərazi çətin, şərait sərt olur, ordu isə hər addımda onları izləyir.
Che və yoldaşları kəndlilərlə əlaqə qurmağa çalışır. Onlar ərzaq və sığınacaq tapmaq istəyir, eyni zamanda insanları öz ideyalarına inandırmağa cəhd edir. Amma kəndlilər qorxu içində yaşayır, çünki hakimiyyət partizanlara kömək edənləri ağır cəzalandırır. Bu səbəbdən bir çoxu onlardan uzaq dayanır.
Bir gün dağ kəndlərindən birində yaşayan çoban partizanları görür və onların kim olduğunu anlayır. Uzun tərəddüddən sonra gedib onların yerini xəbər verir. Bu xəbər partizan dəstəsinin mühasirəyə düşməsinə səbəb olur və nəticədə Che tutulur.
Sonra çobana sual verirlər: niyə belə etdin? O, qısa cavab verir: müharibə mənim qoyunlarımı qorxudur.
Ona deyirlər ki, axı Che sənin uğrunda döyüşür, sənin azadlığın üçün mübarizə aparır. Çoban isə yenə sadə düşüncə ilə cavab verir: mənim qoyunlarım azadlıq nədir bilmir, amma qorxunu yaxşı bilir.
Bu hadisə böyük ideyalarla sadə həyatın toqquşmasını açıq göstərir. Bir tərəfdə inqilab arzusu ilə yaşayan insan, digər tərəfdə isə sakit həyatını və sürüsünü qorumağa çalışan çoban dayanır. Tarix isə bəzən ən böyük qərarların belə ən sadə səbəblərlə verildiyini göstərir.

Həsən Məmmədov
Paraqraf.com
![]()
