Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/Elektrikli avtomobillərin idxalı 30% azalıb: ən böyük zərbə kütləvi seqmentə dəyir
MANŞETÖZƏL

Elektrikli avtomobillərin idxalı 30% azalıb: ən böyük zərbə kütləvi seqmentə dəyir

17 Aprel 2026 2 Min Read
PAYLAŞIN:

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycana ümumilikdə 339 milyon 631 min dollar dəyərində 15 351 ədəd avtomobil idxal olunub.

Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. Bildirilib ki, 2025-ci ilin yanvar-mart ayları ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 33,1% və ya 7 585 ədəd azdır.

Qeyd edək ki, hesabat dövründə ölkəyə 7 milyon 898 min dollar dəyərində yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri idxal edilib ki, bu da illik müqayisədə say baxımından 30,1% və ya 129 ədəd azdır.

Nəqliyyat eksperti Adil Nəbiyev “Paraqraf.com”a bildirib ki, elektrikli avtomobillərin idxalında təxminən 30%-lik azalma ilk növbədə kütləvi (mass-market) və orta qiymət seqmentinə daha ciddi təsir göstərir.

“Çünki Azərbaycanda elektrik avtomobillərinə maraq əsasən qiymət həssas alıcılar tərəfindən formalaşır və bu alıcılar daha əlçatan modellərə üstünlük verirlər. Premium seqmentdə isə azalma nisbətən zəif hiss olunur. Çünki bu kateqoriyada alıcılar daha stabil maliyyə imkanlarına malik olur və onların qərarları daha çox texnologiya, brend və status amilləri ilə müəyyən edilir, qiymət dəyişkənliyi isə onlar üçün həlledici faktor olmur.

Elektrikli avtomobillərdə, xüsusilə də Çin istehsalı olan münasib qiymətli modellər və bəzi Avropa mənşəli orta seqment avtomobillər idxal azalmasının əsas yükünü daşıyır. Çünki bu avtomobillər həm valyuta məzənnəsinə, həm logistika xərclərinə, həm də dövlət dəstəyi mexanizmlərinə daha həssasdır”.

O qeyd edib ki, avtomobil idxalındakı azalma ölkə bazarında bir neçə istiqamətdə təsir yaradır.

“İlk olaraq təklif (supply) azalır və bu, xüsusilə yeni avtomobillər bazarında seçim imkanlarını məhdudlaşdırır. Nəticədə isə qiymətlərdə sabit artım və ya ən azı enmənin dayanması müşahidə olunur, xüsusilə populyar modellərdə süni qıtlıq effekti formalaşa bilər.

İkinci mühüm təsir ikinci əl (second-hand) bazarına yönəlir – yeni avtomobillərin idxalı azaldıqca alıcılar alternativ olaraq işlənmiş avtomobillərə yönəlir və bu da həmin bazarda qiymətlərin artmasına, hətta bəzi hallarda “köhnə avtomobil paradoksu”na (yəni köhnə avtomobillərin gözləniləndən baha satılması) səbəb olur.

Üçüncü təsir bazarda struktur dəyişiklikləri ilə bağlıdır: idxalın azalması paralel idxal kanallarını, fərdi gətirilməni və qeyri-rəsmi satış mexanizmlərini aktivləşdirə bilər, bu isə bazarın şəffaflığına və keyfiyyət nəzarətinə mənfi təsir göstərir. Elektrikli avtomobillər üzrə isə əlavə olaraq infrastruktur amili də rol oynayır – şarj stansiyalarının məhdudluğu və texniki servis imkanlarının tam inkişaf etməməsi idxalın azalması ilə birlikdə bu seqmentin inkişaf tempini zəiflədir və bazarda elektrik avtomobillərinin payının artmasını ləngidir”.

Onun fikrincə, idxalın azalması qısa müddətdə qiymət artımı və seçim məhdudluğu yaratsa da, uzun müddətdə bazarın daha çox daxili tarazlıq axtarışına, alternativ təchizat kanallarının formalaşmasına və alıcı davranışının dəyişməsinə səbəb olur:

“Lakin bu proses idarə olunmazsa, həm istehlakçı rifahına, həm də ümumi avtomobil parkının yenilənmə tempinə mənfi təsir göstərə bilər”.

 

Kəmalə Vəliyeva

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Komitə olmayan dövlətlərin adını rəsmi bülletenlərə necə salır? – Fotofakt

Next

Eldəniz Əmirovun yeni kitabının Azərbaycan Dövlət İqtisad Universitetində təqdimatı keçirildi

Copyright 2026— Praqraf.com. All rights reserved