Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/Özünü məmur ailəsinin gəlini kimi təqdim edən qadın narkotik qalmaqalında ifşa olundu
MANŞET

Özünü məmur ailəsinin gəlini kimi təqdim edən qadın narkotik qalmaqalında ifşa olundu

16 Aprel 2026 2 Min Read
PAYLAŞIN:

Son dövrlərdə “sabiq məmurun oğlu ilə ailəli olduğu” iddiası və aliment tələbi ilə diqqət mərkəzinə düşən Fidan Abbasova ətrafında qalmaqal daha da dərinləşib. Hüquqi proseslər zamanı ortaya çıxan faktlar ictimaiyyətdə rezonans doğurub.

Məhkəmə materiallarına əsasən, Abbasova Fidan Loğman qızının narkotik maddə istifadə etdiyi rəsmi şəkildə təsdiqlənib. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 5 mart 2026-cı il tarixli qərarında onun əməli İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə qiymətləndirilib.

Rəsmi tibbi rəyə görə, Respublika Narkoloji Mərkəzində 4 mart tarixində götürülən analiz zamanı Abbasovanın orqanizmində marixuana maddəsinin əsas komponenti olan THC (+) aşkarlanıb. Bu fakt məhkəmə tərəfindən də etibarlı sübut kimi qəbul edilib və nəticədə o, inzibati məsuliyyətə cəlb olunub, eyni zamanda narkoloji qeydiyyata alınıb.

Qalmaqallı məqam isə bununla bitməyib. İddialara görə, Abbasova məsuliyyətdən yayınmaq üçün əvvəlcə özəl klinikalarda yoxlamalardan keçərək nəticələrin “təmiz” çıxmasını gözləyib, daha sonra həmin nəticələrə əsaslanaraq ilkin rəyə qarşı çıxmağa çalışıb. Lakin bu taktika məhkəmədə nəticə verməyib.

Apellyasiya mərhələsində də onun səsləndirdiyi “analizlər saxtadır” və “korrupsiya var” kimi iddialar araşdırılıb, lakin heç biri təsdiqini tapmayıb. Ekspertlər bildiriblər ki, THC maddəsinin 2–4 gün ərzində orqanizmdən təmizlənməsi tibbi baxımdan normaldır və sonradan təqdim edilən “təmiz” analizlər ilkin nəticəni təkzib etmir.

Məhkəmə xüsusi olaraq vurğulayıb ki, ilkin tibbi rəy tam etibarlıdır:

THC (+) nəticəsi şübhə doğurmur

Sonradan verilən analizlər hüquqi sübut sayılmır

Müdafiə tərəfinin irəli sürdüyü arqumentlərin elmi əsası yoxdur

Nəticədə Bakı Apellyasiya Məhkəməsi şikayəti əsassız hesab edərək birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Beləliklə, aliment tələbi və şəxsi iddialarla gündəmə gələn Fidan Abbasova ilə bağlı qalmaqal gözlənilməz istiqamət alaraq, onun narkotik istifadəçisi olması faktının məhkəmə tərəfindən tam təsdiqlənməsi ilə nəticələnib.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Emin Əmrullayev Xaçmazda təhsil işçiləri ilə görüşüb – FOTOLAR

Next

Epidemiya yoxdursa, heyvanlar niyə kütləvi məhv edilir? – Ekspertdən AÇIQLAMA

Copyright 2026— Praqraf.com. All rights reserved