Skip to content
24 Aprel 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Aprel
  • 16
  • MN-in rüşvətdə təqsirləndirilən sabiq rəisinin məhkəməsi başlayıb

MN-in rüşvətdə təqsirləndirilən sabiq rəisinin məhkəməsi başlayıb

admin 16 Aprel 2026 4 minutes read
1ea1fcd7-0006-3a84-b780-ea5330ba6dbd_1200
PAYLAŞIN:

Müdafiə Nazirliyinin Mərkəzi hərbi həkim komissiyasının rüşvətdə təqsirləndirilən sabiq rəisi Rasim Əlövsət oğlu Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Paraqraf.com-un məlumatına görə, Bakı Hərbi Məhkəməsində hakim Anar Rzayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Prosesdə təqsirləndirilən şəxsin vəkili Sabir Abdinov bir neçə vəsatət verib.

Vəkilin deyib ki, ittihamda müvəkkilinin Müdafiə Nazirliyinin Mərkəzi hərbi həkim komissiyasının rəisi olmadığı müddətdə bu vəzifədə olarkən bir neçə nəfərdən rüşvət alması barədə qeydlər var.

Vəkil vəsatətində sözügedən hissənin ittihamdan xaric edilməsini xahiş edib.

Müdafiəçi digər vəsatətində isə Rasim Həsənov barəsində seçilən həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini xahiş edib.

Məhkəmə sözügedən hissənin ittihamdan xaric edilməsi barədə vəsatəti baxılmamış saxlayıb. Rasim Həsənov barəsində seçilən həbs qətimkan təbirinin ev dustaqlığı ilə əvəz olunması vəsatəti isə təmin olunmayıb.

Tərəflər cinayət işinin məhkəmə baxışına verilməsinə etiraz etməyib, işin məhkəmə baxışına verilməsi barədə qərar qəbul olunub.

Növbəti iclas aprelin 23-nə təyin olunub.

Qeyd edək ki, Baş Prokurorluğun 2026-cı ilin aprelin 2-də yaydığı məlumatda Rasim Həsənovun Müdafiə Nazirliyinin Mərkəzi hərbi həkim komissiyasının rəisi vəzifələrində işlədiyi dövrdə vətəndaşlardan müxtəlif məbləğlərdə rüşvət alması və digər qanunsuz əməllərə yol verməsi barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başladığı bildirilib.

Məlumata görə, ibtidai istintaqla Rasim Həsənovun 2021-2025-ci illərdə sözügedən vəzifələrdə işləyərkən vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə ona müraciət etmiş hərbi qulluqçuların şəhadətləndirilərək tərxis olunmaları üçün ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində təkrarən almasına və vəzifə saxtakarlığı törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Rasim Həsənova Cinayət Məcəlləsinin 311.3.2, 311.3.3 (təkrarən külli miqdarda rüşvət alma), 313 (vəzifə saxtakarlığı) və 341.2.3-cü (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham elan edilməklə barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Məlumatda vurğulanıb ki, cinayət işindən oxşar xarakterli əməllərin törədilməsində iştirak etmiş şəxslərlə bağlı cinayət işi ayrıca icraata ayrılmaqla ibtidai istintaq davam etdirilir.

 

Paraqraf.com 

Loading

Visited 103 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Ağdam şəhər sakinləri sosial müdafiə və mina təhlükəsi ilə bağlı maarifləndirilib
Next: Gədəbəydə körpə qızdırmadan ölüb

OXŞAR MÖVZULAR

kxucwe2HQecOL5lfcWkwaamBq9fQWFtI4lP0VCZA_1200

Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub

admin 23 Aprel 2026
IMG_20260423_142423

Ağcabədidə Kür çayı bəndi yarıb

admin 23 Aprel 2026
e4mraQIKp9fpKTspaVkcftDNzlKw1uVOqBAb3w9w_1200

Şəkidə məhkum ölüb

admin 23 Aprel 2026

XƏBƏR LENTİ

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib eb559d92-784a-4a36-8c10-29f33f974a42

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib

23 Aprel 2026
Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir” ffec7384-3a3e-439c-b271-c278aa270a3e

Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir”

23 Aprel 2026
Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir” df5392e7-b5ac-498c-935e-9eef89db6bea

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir”

23 Aprel 2026
Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb 02de5cd8-6ed8-4cec-b8b4-39fc322a71df

Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb

23 Aprel 2026
TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər bleZJUTrdVDCIT1832V88VVMBDJFdKomzDnJJw46_1200

TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər

23 Aprel 2026
Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub kxucwe2HQecOL5lfcWkwaamBq9fQWFtI4lP0VCZA_1200

Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub

23 Aprel 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.