Skip to content
23 Aprel 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Aprel
  • 16
  • İstifadəsiz torpaqların taleyi: dövlətə qaytarılma çıxış yoludurmu?

İstifadəsiz torpaqların taleyi: dövlətə qaytarılma çıxış yoludurmu?

admin 16 Aprel 2026 4 minutes read
WhatsApp Image 2026-04-16 at 15.47.57
PAYLAŞIN:

Milli Məclisdə istifadəsiz qalan kənd təsərrüfatı torpaqları ilə bağlı yeni təklif səsləndirilib. Bildirilib ki, illərdir müxtəlif səbəblərdən əkilib-becərilməyən torpaq sahələrinin yenidən dövriyyəyə qaytarılması üçün onların dövlət mülkiyyətinə alınması məsələsi nəzərdən keçirilə bilər. Bu yanaşma kənd təsərrüfatının inkişafı və torpaq resurslarından daha səmərəli istifadə baxımından aktuallaşır.

Millət vəkili Vasif Qafarov Milli Məclisdə çıxışı zamanı bu məsələyə toxunaraq yeni təkliflə çıxış edib.

O Astara rayonunda 30 ildir istifadəsiz qalan torpaqların dövlətə qaytarılmasını təklif edib.

Deputat qeyd edib ki, 1996-cı ildə həyata keçirilən aqrar islahat zamanı Astara rayonunun Pensər, Siyaku, Kakalos və Suparibağ ərazi inzibati dairələri üzrə 412 hektar ərazi 4954 ailə arasında bölüşdürülüb:

“Hər bir ailəyə 1-5 sot, bəzi hallarda 10 sota qədər torpaq sahəsi düşüb. Ən problemli məsələlərdən biri də odur ki, 1-5 sot torpaq alan ailəyə bu torpaq elə bir şəkildə kəsilib verilib ki, bu torpağı istifadə etmək faktiki olaraq qeyri-mümkündür. 30-50 sm və ya 1 metr enində və 100-150-200 metr uzunluğunda velosiped zolaqları şəklində verilən bu torpaq sahələrindən kəndli faktiki olaraq istifadə edə bilmir. Bu, mümkün də deyil. Bu torpaqların hansısa bir sahibkar tərəfindən satın alınması da mümkün olmayıb. Nəticədə 30 ildir ki, bu torpaqlar istifadəsiz qalıb”.

V. Qafarov qeyd edib ki, bu torpaqların səmərəli istifadə olunması və əkin dövriyyəsinə qaytarılmasından ötrü onlar dövlət tərəfindən kompensasiya ödənilməklə torpaq sahiblərindən alınaraq dövlət mülkiyyətinə qaytarılsın və sahibkarlara icarəyə verilsin.

Bu addımla 30 ildir istifadəsiz qalan həmin torpaqlar əkin dövriyyəsinə qaytarıla bilər və ölkəyə fayda təmin edilə bilər.

Qeyd edək ki, kəndlilərə torpaq verilsə də, onu əkib becərmək imkanı yoxdu. Yəni subsidiya azlığı, yaxud texnika ilə təminatın olmaması problemlər yaradır.

Məsələ ilə bağlı “Paraqraf.com”un sorğusuna Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən cavab olaraq bildirilib ki, kənd təsərrüfatı təyinatlı torpaqlar mülkiyyət formasından asılı olaraq aidiyyəti üzrə rayon icra hakimiyyətləri, bələdiyyələr və xüsusi mülkiyyət sahibləri tərəfindən icarəyə verilir.

Yerli icra hakimiyyətləri tərəfindən əkinçiliyin inkişafı məqsədilə hüquqi və fiziki şəxslərin icarəsinə verilmiş torpaq sahələri ayrılma məqsədinə uyğun istifadə edilmədiyi halda yerli icra hakimiyyəti tərəfindən verilmiş sərəncam və bağlanmış icarə müqaviləsi ləğv edilərək geri qaytarılır və digər hüquqi və fiziki şəxslərin icarəsinə ayrılır.

Qeyd edilib ki, 2021-2025-ci illər ərzində 16000 hektara yaxın kənd təsərrüfatı təyinatlı əkin torpaq sahəsi geri qaytarılaraq təkrar istifadəyə verilib.

Torpaqların əkin dövriyyəsinə cəlb edilməsinin məqsədi müasir aqrotexniki vasitələrdən istifadə etməklə ölkədə əkinçiliyin intensiv formada inkişafına və ərzaq təhlükəsizliyinə töhfə verməkdir.

Kəmalə Vəliyeva

Paraqraf.com

Loading

Visited 278 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Odessaya endirilən zərbə nəticəsində ölənlərin sayı doqquza çatıb
Next: Bir televiziya çıxışı ilə başlayan əfsanə: “Rolling Stones”un yüksəliş hekayəsi

OXŞAR MÖVZULAR

df5392e7-b5ac-498c-935e-9eef89db6bea

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir”

admin 23 Aprel 2026
02de5cd8-6ed8-4cec-b8b4-39fc322a71df

Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb

admin 23 Aprel 2026
bleZJUTrdVDCIT1832V88VVMBDJFdKomzDnJJw46_1200

TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər

admin 23 Aprel 2026

XƏBƏR LENTİ

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir” df5392e7-b5ac-498c-935e-9eef89db6bea

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir”

23 Aprel 2026
Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb 02de5cd8-6ed8-4cec-b8b4-39fc322a71df

Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb

23 Aprel 2026
TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər bleZJUTrdVDCIT1832V88VVMBDJFdKomzDnJJw46_1200

TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər

23 Aprel 2026
Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub kxucwe2HQecOL5lfcWkwaamBq9fQWFtI4lP0VCZA_1200

Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub

23 Aprel 2026
Azərbaycan voleybol yığmalarının Avropa Liqasında oyun cədvəli müəyyənləşib 9e52d3c2-7ca0-403f-8f65-08873844dcea_1200

Azərbaycan voleybol yığmalarının Avropa Liqasında oyun cədvəli müəyyənləşib

23 Aprel 2026
Azərbaycanı Almaniyada keçiriləcək Avropa Kubokunda 39 cüdoçu təmsil edəcək 7GDdBFyrGfD3fhRxh06T759sqnhqpvMyilA8WFjO_1200

Azərbaycanı Almaniyada keçiriləcək Avropa Kubokunda 39 cüdoçu təmsil edəcək

23 Aprel 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.