Skip to content
23 Aprel 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Aprel
  • 15
  • “ASAN xidmət” BMT-nin Ekspertlər Komitəsinin sessiyasında müzakirəyə çıxarılıb

“ASAN xidmət” BMT-nin Ekspertlər Komitəsinin sessiyasında müzakirəyə çıxarılıb

admin 15 Aprel 2026 3 minutes read
RaxJtMcaKgbvuSq7S5muSfYETFSJvZuSWCaheUHJ_1200
PAYLAŞIN:

“ASAN xidmət” Birləşmiş Millətlər Təşkilatının (BMT) İqtisadi və Sosial Şuranın Dövlət İdarəçiliyi üzrə Ekspertlər Komitəsinin (CEPA) 25-ci sessiyasında müzakirəyə çıxarılıb.

Bu barədə Paraqraf.com-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, aprelin 13-17-də Agentliyin nümayəndə heyətinin ABŞ-yə səfəri çərçivəsində “Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq naminə dövlət xidmətlərinin göstərilməsində mükəmməllik” mövzusunda baş tutan tədbirdə əsas məqsəd “ASAN xidmət”də tətbiq olunan innovativ həllər, “ASAN xidmət indeksi” qiymətləndirmə sistemi barədə məlumatın verilməsi, həmçinin BMT-yə üzv dövlətlərin nümayəndələri tərəfindən dövlət xidmətləri sahəsində həyata keçirilən təşəbbüslər barədə təcrübə mübadiləsinin həyata keçirilməsi olub.

Azərbaycanın BMT yanında daimi nümayəndəsi Tofiq Musayev dövlət xidmətlərinin göstərilməsi və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında “ASAN xidmət” modelinin xüsusi əhəmiyyətini qeyd edib. “ASAN xidmət” təcrübəsinin 2015-ci ildə BMT-nin Dövlət Xidmətləri Mükafatına layiq görüldüyü və BMT İnsan Hüquqları Şurasının 61-ci sessiyası çərçivəsində Azərbaycanın təşəbbüsü ilə “Dövlət xidmətlərinin şəffaf, məsuliyyətli və səmərəli çatdırılması vasitəsilə insan hüquqlarının və Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqi” adlı qətnamənin qəbul edildiyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Li Junhua tədbir iştirakçılarına ünvanladığı müraciətində “ASAN xidmət” modelinin dövlət xidmətlərinin keyfiyyətinin artırılmasında nümunəvi təcrübə olduğunu vurğulayıb. Eləcə də, o, Töhfə Sazişinin icrası çərçivəsində həyata keçirilən layihələri yüksək qiymətləndirib və az inkişaf etmiş, dənizə çıxışı olmayan inkişaf etməkdə olan və inkişaf etməkdə olan kiçik ada dövlətlərinin müvafiq istiqamətlər üzrə potensialının artırılmasında verilən töhfəyə və göstərilən dəstəyə görə Azərbaycana təşəkkürünü bildirib.

Dövlət Agentliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Məhəmmədəli Xudaverdiyev “ASAN xidmət indeksi” qiymətləndirmə mexanizminin şəffaflığın, səmərəliliyin və vətəndaş məmnuniyyətinin yüksəldilməsinə mühüm töhfə verdiyini qeyd edib. Bununla yanaşı, müvafiq mexanizmin BMT-yə üzv digər dövlətlərdə də tətbiqi istiqamətində əməkdaşlığa hazır olunduğunu diqqətə çatdırıb.

 

Paraqraf.com 

Loading

Visited 4 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Azərbaycan Asiya İnkişaf Bankı ilə aviasiya layihələrini müzakirə edib
Next: Elnur Məmmədov ABŞ Dövlət Departamentinin rəsmiləri ilə Strateji Tərəfdaşlıq Xartiyasını müzakirə edib

OXŞAR MÖVZULAR

4ffbf508-fed0-3b0a-b3d3-2465bf884e5e_1200 (2)

Azərbaycan XİN: Türkiyə ilə ortaq dəyərləmiz gələcək nəsillərə də həmrəylik ruhu aşılayacaq

admin 23 Aprel 2026
qDuY3V3GKU6CaqJBvOi5j4nLftdPmiV1GFUqE4V5_1200

Mərkəzi Asiya ölkələri və Azərbaycan ətraf mühitin qorunmasında birgə fəaliyyət üzrə bəyanat qəbul ediblər

admin 23 Aprel 2026
Gn4Bv65RrWYKapt61md7Tk2W9oxOy8wmwIM2b270_1200

Azərbaycan Misir ilə iqtisadi əməkdaşlığı müzakirə edib

admin 23 Aprel 2026

XƏBƏR LENTİ

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib eb559d92-784a-4a36-8c10-29f33f974a42

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib

23 Aprel 2026
Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir” ffec7384-3a3e-439c-b271-c278aa270a3e

Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir”

23 Aprel 2026
Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir” df5392e7-b5ac-498c-935e-9eef89db6bea

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir”

23 Aprel 2026
Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb 02de5cd8-6ed8-4cec-b8b4-39fc322a71df

Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb

23 Aprel 2026
TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər bleZJUTrdVDCIT1832V88VVMBDJFdKomzDnJJw46_1200

TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər

23 Aprel 2026
Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub kxucwe2HQecOL5lfcWkwaamBq9fQWFtI4lP0VCZA_1200

Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub

23 Aprel 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.