Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/“Qızların ataları ilə bir-birinə olan sevgisi onların gələcəkdə sevgi axtarışında olmamasına səbəb olur” – PSİXOLOQ
MANŞETÖZƏL

“Qızların ataları ilə bir-birinə olan sevgisi onların gələcəkdə sevgi axtarışında olmamasına səbəb olur” – PSİXOLOQ

14 Aprel 2026 2 Min Read
PAYLAŞIN:

Qız övladlarının atalarına qarşı xüsusi və bəzən hədsiz görünən sevgisinin arxasında psixoloji və sosial səbəblər dayanır.

Bəs bu bağlılıq sadəcə ailə münasibətlərinin təbii nəticəsidir, yoxsa uşaqlıqdan formalaşan dərin emosional ehtiyacların bir təzahürüdür?

Psixoloq Zəhra Quliyeva “Paraqraf.com”a bildirib ki, qız uşağının ataya yönələn güclü sevgisi yalnız bu günə deyil, gələcəyinə də təsir edən emosional durumdur:

“Qızların ataları ilə bir-birinə olan sevgisi onların gələcəkdə sevgi və qayğı axtarışında olmamasına səbəb olur. Doğru valideyn olduğu halda, sağlam ata-qız bağı bu gün emosional doyumluluq yaradır. Bu isə qız övladlarının gələcəkdə yanlış seçimlər etməməsinə gətirib çıxarır. Lakin münaqişəli ailədə ata bağı düzgün qurulmur, əksinə bu, təkcə qızlara deyil, oğlan uşaqlarına da təsir edir. Aqressiv davranışlar, güvənsizlik halları və təklik istəyi müşahidə olunur.

Psixoloji baxımdan bağlanma olduqda, uşaq atanı qoruyucu fiqur kimi görür. 3–6 yaş aralığında qız uşağı ataya daha çox yönələ bilər. Ata qız üçün gələcəkdə kişi obrazının ilk modelidir və münasibət, hörmət, sevgi anlayışlarını formalaşdırır. Əgər münasibət yaxın və sağlamdırsa, uşaq daha mehriban olur. Əksinə, məsafəli münasibət olduqda daim diqqət və sevgi axtarır, aqressiv mühitdə isə özgüvənsizlik yaranır. Bu proseslər birlikdə yaşayan ailələrə xasdır. Ana ilə ata arasındakı münasibət nə qədər hörmətli və sevgi dolu olarsa, bu, uşaqların psixoloji və emosional inkişafına da müsbət təsir edir”.

O əlavə edib ki, Azərbaycan ailələrinin bir çoxunda ana-ata münasibətləri kifayət qədər məsafəlidir və mübahisələr bəzən övladların gözü qarşısında baş verir:

“Sonradan övladlar gələcəkdə yanlış seçimlər etdikdə səbəb ya onların özündə, ya da başqalarında axtarılır. Halbuki həm qız, həm də oğlan övladlarının gələcəyi ailədə gördükləri sevgi modelindən formalaşır. Ana-ata münasibətində sevgi hər zaman qorunmalıdır”.

 

Kəmalə Vəliyeva
Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

RƏSMİ AÇIQLAMA: Bu şəxslər hərbi xidmətə çağırılmır

Next

Azərbaycanda əhalinin sayı 4276 nəfər artıb

Copyright 2026— Praqraf.com. All rights reserved