Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/Aydın Sezer: “Avropa İttifaqı genişlənmə fonunda ciddi sınaqlarla üz-üzədir”
MANŞETÖZƏL

Aydın Sezer: “Avropa İttifaqı genişlənmə fonunda ciddi sınaqlarla üz-üzədir”

14 Aprel 2026 2 Min Read
PAYLAŞIN:

Avropa İttifaqı son illərdə yalnız iqtisadi və siyasi birlik kimi deyil, həm də geosiyasi güc mərkəzi kimi genişlənmə strategiyasını yenidən gündəmə gətirib. Xüsusilə Şərqi Avropa və Qərbi Balkan ölkələrinin üzvlük perspektivi fonunda bu məsələ daha da aktuallaşıb. Müharibələr, enerji təhlükəsizliyi və qlobal rəqabət şəraitində İttifaqın yeni üzvlərlə böyüməsi həm sabitlik, həm də təsir dairəsinin genişlənməsi baxımından vacib hesab olunur. Lakin bu proses yalnız siyasi qərar deyil, eyni zamanda ciddi iqtisadi, hüquqi və institusional uyğunlaşma tələb edir.

Bəs namizəd ölkələr Avropa İttifaqı standartlarına real olaraq nə dərəcədə hazırdır?

Türk siyasətçi və yazarı Aydın Sezer “Paraqraf.com”a bildirib ki, Avropa İttifaqı iqtisadi və siyasi birlik olaraq uğurlu bir dövrdən keçmir:

“Son Rusiya-Ukrayna müharibəsi göstərdi ki, müharibənin maliyyə yükü Avropa iqtisadiyyatına ciddi mənfi təsir edir. Eyni zamanda NATO daxilindəki fikir ayrılıqları, xüsusilə Donald Trump tərəfindən Avropanın müdafiə xərclərini artırmağa yönələn çağırışlar bu vəziyyəti daha da mürəkkəbləşdirir. Bu faktorlar Avropa İttifaqının müəyyən böhran mərhələsində olduğunu göstərir.

1990-cı illərdəki genişlənmə dalğası zamanı keçmiş Sovet ölkələrinin İttifaqa qoşulması Avropa üçün əlavə iqtisadi yük yaratdı. Hazırda isə İttifaqın yeni ölkələri iqtisadi baxımdan “həzm etmə” qabiliyyəti əvvəlki qədər güclü görünmür. Bu səbəbdən yeni üzvlərin qəbulu vəziyyəti daha da çətinləşdirə bilər.

Bundan əlavə, sonradan qoşulan bəzi ölkələrin Avropa İttifaqı standartlarına tam uyğunlaşa bilmədiyi müşahidə olunur. Əgər cəmiyyət daxilində siyasi birlik istəyi güclü olarsa və İttifaqın iqtisadi potensialı bunu qarşılaya bilsə, problem yaşanmaz. Lakin mövcud tendensiyalar bunun əksini göstərir.

Xüsusilə iqtisadi sahədə Avropa İttifaqının ABŞ və Çin arasındakı rəqabətdə geri planda qalması da diqqət çəkir”.

 

Kəmalə Vəliyeva
Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Çində Azərbaycan və İsveçrənin prokurorluq orqanları arasında əməkdaşlıq müzakirə olunub

Next

Eldəniz Əmirov: “Büdcə kəsiri normaldır, əsas risk onun idarə olunmamasıdır”

Copyright 2026— Praqraf.com. All rights reserved