Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Yaponiya Hörmüz boğazına mina əleyhinə gəmi göndərilməsi barədə hələ qərar qəbul etməyib
DÜNYA

Yaponiya Hörmüz boğazına mina əleyhinə gəmi göndərilməsi barədə hələ qərar qəbul etməyib

13 Aprel 2026 1 Min Read
PAYLAŞIN:

Yaponiya hələlik minaların təmizlənməsi üçün ölkənin Özünümüdafiə Qüvvələrinə məxsus mina əleyhinə gəminin Hörmüz boğazına göndərilməsi ilə bağlı qərar qəbul etməyib.

Paraqraf.com “Kyodo”ya istinadən xəbər verir ki, bu barədə Yaponiyanın Nazirlər Kabinetinin baş katibi Minoru Kihara mətbuat konfransında bildirib.

O əlavə edib ki, Tokio vəziyyətin inkişafını diqqətlə izləyir və beynəlxalq ictimaiyyətlə işləməyə davam edəcək.

Onun sözlərinə görə, Yaponiya Yaxın Şərqdə gərginliyin azaldılması üçün yaxın vaxtlarda ABŞ və İran arasında “yekun saziş”in bağlanacağına ümid edir.

“Ən vacibi odur ki, Hörmüz boğazından gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsi də daxil olmaqla, gərginliyin azaldılmasına həqiqətən də nail olunsun”, – o deyib.

“Kyodo” qeyd edir ki, xam neft idxalı baxımından Yaponiya 90%-dan çox Yaxın Şərqdən asılıdır. Bu tədarüklərin əsas hissəsi ABŞ və İsrailin fevralın sonlarında ölkəyə zərbələr endirməyə başlamasından bəri İran tərəfindən faktiki olaraq bağlanan boğazdan keçir. Bununla yanaşı, təhlükəsizlik sahəsində ABŞ-nin yaxın müttəfiqi olan Yaponiya ənənəvi olaraq İranla dostluq münasibətlərini qoruyub saxlayır.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirib. Həmin gün zərbələr nəticəsində İranın ali rəhbəri Əli Xamenei öldürülüb. Cavab olaraq İran İsrail ərazisinə raket zərbələri endirib və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib.

İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəliblər. Aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar keçirilib.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

İranın Qızıl Aypara Cəmiyyəti: Tehranda dağıntılar altından 960 nəfər çıxarılıb

Next

İran Hörmüz boğazından ABŞ və İsraillə əlaqəli gəmilərin keçidini tam qadağan edib

Copyright 2026— Praqraf.com. All rights reserved