İrandan Azərbaycana idxal olunan 12 028 kiloqram pestisiddə uyğunsuzluq aşkarlanıb.
Bu barədə Paraqraf.com-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, “Emulsifiable Oil Aria 80% L” əmtəə nişanlı pestisid məhsulundan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.
Sınaq nəticəsində təsiredici maddənin (mineral yağ) miqdarı normadan aşağı müəyyən edilib.
Uyğunsuzluqla əlaqədar məhsullar mənşə ölkəsinə geri qaytarılıb.
Paraqraf.com
![]()
Visited 3 times, 1 visit(s) today
