Skip to content
24 Aprel 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Aprel
  • 10
  • Anar Quliyev İnşaatçılar Günü münasibətilə bu peşənin sahiblərinə təbrik ünvanlayıb

Anar Quliyev İnşaatçılar Günü münasibətilə bu peşənin sahiblərinə təbrik ünvanlayıb

admin 10 Aprel 2026 5 minutes read
sD0meJzyxplBqLkYmVYFgapQzVNlMwmoes2qP5qR_1200
PAYLAŞIN:

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev 10 Aprel – İnşaatçılar Günü münasibətilə bu peşənin sahiblərinə təbrik ünvanlayıb.

Paraqraf.com Komitəyə istinadən xəbər verir ki, təbrik müraciətində deyilir:

Əziz və dəyərli inşaatçılar!

Azərbaycanda quruculuq və inkişafın simvoluna çevrilmiş 10 Aprel – İnşaatçılar Günü münasibətilə hər birinizi səmimi qəlbdən təbrik edirəm.

Peşə bayramınız olan bu əlamətdar tarix ölkəmizin müasir memarlıq simasının formalaşmasında inşaatçıların əvəzsiz rolunu xatırladır, sizin peşəkar və fədakar əməyinizi diqqət mərkəzinə gətirir. “Şəhərsalma və Memarlıq İli”ndə qeyd etdiyimiz bu bayram isə onun əhəmiyyətini daha da artırır, inşaatçıların fəaliyyətinə dövlətin yüksək diqqətini və bu sahənin strateji önəmini xüsusi vurğulayır.

Bu gün Azərbaycan hərtərəfli tərəqqi yolunda inamla irəliləyən, dinamik inkişafı ilə regionda lider mövqeyini möhkəmləndirən və beynəlxalq miqyasda böyük nüfuz qazanan ölkələr sırasındadır.

Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi milli inkişaf strategiyasının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində digər sahələr kimi, tikinti sektoru da keyfiyyətcə yeni mərhələyə qədəm qoymuş, bu istiqamətdə innovativ texnologiyaların və qabaqcıl beynəlxalq təcrübələrin tətbiqi genişlənmişdir.

Son illərdə ölkənin bütün bölgələrində aparılan genişmiqyaslı tikinti-quruculuq işləri, müasir şəhərsalma prinsiplərinə və zəngin memarlıq ənənələrimizə uyğun inşa edilən yaşayış kompleksləri, funksional zonalaşdırma və dayanıqlı məkan planlaşdırılması əsasında icra olunan infrastruktur layihələri Azərbaycanın davamlı inkişaf modelinin parlaq təcəssümüdür. Xüsusilə işğaldan azad olunmuş ərazilərdə icra edilən kompleks bərpa və yenidənqurma layihələri, müasir standartlara uyğun inteqrasiya olunmuş məkan planlaşdırılması, rəqəmsal həllərin və innovativ idarəetmə yanaşmalarının genişləndirilməsi regionun balanslı və sürətli dirçəlişini təmin edən əsas amillərdəndir.

Bu nəhəng quruculuq prosesində inşaatçıların rolu əvəzsizdir. Siz çətin iqlim və mürəkkəb relyef şəraitində belə yüksək peşəkarlıq nümayiş etdirərək, şəhər, qəsəbə və kəndlərdə planlaşdırılmış urbanistik strukturun, infrastruktur şəbəkələrinin və yaşayış zonalarının səmərəli formalaşdırılmasına, ölkəmizin hər bir guşəsində dayanıqlı şəhərsalma inkişafının təmin olunmasına layiqli töhfələr verirsiniz. Gərgin və məsuliyyətli əməyiniz sayəsində həyata keçirilən layihələr dövlətimizin gücünü, xalqımızın yaradıcı potensialını və parlaq gələcəyə inamını əks etdirir.

Bu gün Azərbaycanın şəhərsalma sahəsində qazandığı uğurlar beynəlxalq müstəvidə də yüksək qiymətləndirilir. Ölkəmizin qlobal təşəbbüslərdə fəal iştirakı, qabaqcıl şəhərsalma üzrə təcrübə mübadiləsi və beynəlxalq əməkdaşlığın genişlənməsi bunun əyani sübutudur. Cari ilin may ayında paytaxt Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası da Azərbaycanın bu sahədə artan nüfuzunun, əldə olunan nailiyyətlərin və formalaşmış təcrübənin beynəlxalq səviyyədə tanınmasının məntiqi nəticəsidir.

Hörmətli həmkarlar!

Prezident İlham Əliyevin 2009-cu il 16 dekabr tarixli sərəncamı ilə təsis edilmiş bu əhəmiyyətli peşə bayramı ölkə rəhbərliyinin əməyinizə göstərdiyi xüsusi diqqət və qayğının bariz nümunəsidir.

Sizin əməyiniz şəhərlərimizi canlandırır, onların memarlığını zənginləşdirir və xalqımızın rifahının yüksəlməsində müstəsna rol oynayır. Bu şərəfli peşənin daşıyıcıları olaraq hər zaman yüksək hörmət və ehtirama layiqsiniz.

Əminəm ki, bundan sonra da Vətənimizin çiçəklənməsi naminə əzmlə çalışacaq, müasir şəhərsalma ənənələrinin inkişafında səylərinizi daha da gücləndirəcəksiniz.

Peşə bayramınız münasibətilə bir daha hər birinizi ürəkdən təbrik edir, möhkəm can sağlığı, tükənməz enerji və şərəfli fəaliyyətinizdə davamlı uğurlar arzulayıram.

 

Paraqraf.com 

Loading

Visited 7 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Azərbaycan ABŞ-dən pendir tədarükünü bərpa edib
Next: Azərbaycanın avtomobil bazarında eyni marka daxilində qiymət fərqi kəskin artır

OXŞAR MÖVZULAR

eb559d92-784a-4a36-8c10-29f33f974a42

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib

admin 23 Aprel 2026
ffec7384-3a3e-439c-b271-c278aa270a3e

Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir”

admin 23 Aprel 2026
df5392e7-b5ac-498c-935e-9eef89db6bea

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir”

admin 23 Aprel 2026

XƏBƏR LENTİ

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib eb559d92-784a-4a36-8c10-29f33f974a42

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib

23 Aprel 2026
Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir” ffec7384-3a3e-439c-b271-c278aa270a3e

Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir”

23 Aprel 2026
Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir” df5392e7-b5ac-498c-935e-9eef89db6bea

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir”

23 Aprel 2026
Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb 02de5cd8-6ed8-4cec-b8b4-39fc322a71df

Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb

23 Aprel 2026
TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər bleZJUTrdVDCIT1832V88VVMBDJFdKomzDnJJw46_1200

TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər

23 Aprel 2026
Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub kxucwe2HQecOL5lfcWkwaamBq9fQWFtI4lP0VCZA_1200

Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub

23 Aprel 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.