Bağçalarda təlim-tədris prosesinə cəlb edilən uşaqların sayı açıqlanıb
Hazırda Azərbaycanda 106 830 uşaq dövlət məktəbəqədər təhsil müəssisələrində (bağça) təlim-tədris prosesinə cəlb edilib.
Bu barədə Paraqraf.com-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.
Bildirilib ki, dövlət bağçalarının tutumu 119 277 nəfərlikdir. Hazırda həmin müəssisələrdə 106 830 uşaq təlim-tədris prosesinə cəlb edilib.
Qeyd edilib ki, məktəbəqədər təhsil müəssisələrinə qəbul prosesi ilboyu davam edir.
Paraqraf.com
![]()