Azərbaycan Avstriyanın Vyana şəhərində keçirilən Beynəlxalq Enerji və İqlim Forumunda təmsil olunur.
Bu barədə Paraqraf.com Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, Azərbaycandan bu forumda Agentliyin direktoru Cavid Abdullayev iştirak edir.
Səfər çərçivəsində C. Abdullayev aprelin 7-8-də keçirilən “Yaşıl Texnologiya Günləri”, “Hidrogen üzrə Beynəlxalq Konfrans” və “Dayanıqlı Soyutma üzrə Forum” tədbirlərinə qatılıb.
Bununla yanaşı, C. Abdullayev “Schoenherr” hüquq firması ilə ikitərəfli görüş keçirib. Görüş zamanı bərpa olunan enerji layihələri üzrə hüquqi əməkdaşlıq, investisiya imkanları və normativ-hüquqi məsələlər müzakirə olunub.
Paraqraf.com
![]()
