Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/İDMAN/“Qarabağ” rəhbərliyi heyətin gücləndirilməsini və infrastruktur layihələrini müzakirə edib
İDMAN

“Qarabağ” rəhbərliyi heyətin gücləndirilməsini və infrastruktur layihələrini müzakirə edib

08 Aprel 2026 1 Min Read
PAYLAŞIN:

“Qarabağ” Futbol Klubunun İdarə Heyətinin növbəti iclası keçirilib.

Bu barədə Paraqraf.com-a Ağdam təmsilçisindən məlumat verilib.

Toplantıda klub prezidenti Tahir Gözəl, vitse-prezident Fevzihan Aras, baş direktor və İdarə Heyətinin üzvü Əmrah Çəlikəl, İdarə Heyətinin üzvü Asif Əsgərov və komandanın baş məşqçisi Qurban Qurbanov iştirak ediblər.

Görüş zamanı cari mövsümün gedişatı ətraflı şəkildə təhlil olunub, komandanın çıxışı, əldə edilən nəticələr və qarşıdakı oyunlarla bağlı hədəflər müzakirə edilib. Klubun idman nəticələri ilə yanaşı, təşkilati və idarəetmə məsələləri üzrə də geniş fikir mübadiləsi aparılıb.

İclasda eyni zamanda növbəti mövsümün planlaşdırılması əsas müzakirə mövzularından biri olub. Komandanın heyətinin gücləndirilməsi, infrastruktur layihələri, akademiyanın inkişafı və beynəlxalq arenada daha uğurlu çıxış üçün strateji istiqamətlər nəzərdən keçirilib.

İdarə Heyəti qarşıdakı dövrdə klubun dayanıqlı inkişafının təmin olunması, azarkeş məmnuniyyətinin artırılması və “Qarabağ” Futbol Klubunun həm ölkədaxili, həm də beynəlxalq yarışlarda uğurlarının davamlılığının təmin olunmasını prioritet kimi müəyyən edib.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Azərbaycan-Latviya Hökumətlərarası Komissiyasının iclası gələn həftə Şuşada keçiriləcək – EKSKLÜZİV

Next

Opera və Balet Teatrının direktoru Mədəniyyət Nazirliyinə çağırılıb – EKSKLÜZİV

Copyright 2026— Praqraf.com. All rights reserved